veten informasiya agentliyi

2023-cü il üçün əmək miqrasiyası kvotasına dair təkliflər müzakirə olunub

Tarix:22-10-2022, 14:48
Baxış Sayı:357

2023-cü il üçün əmək miqrasiyası kvotasına dair təkliflər müzakirə olunub

Gələn il üçün də əmək miqrasiyası kvotasına dair təkliflər ölkənin əmək ehtiyatları və əmək bazarında işəgötürənlərin işçi qüvvəsinə tələbləri ilə bağlı aparılmış təhlillər, əmək bazarı ilə bağlı proqnozlar əsasında hazırlanıb.

Bu barədə əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi məqsədi ilə yaradılmış, bir sıra dövlət qurumlarının təmsil olunduğu Komissiyanın iclasında Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

O, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin Azərbaycanın əmək bazarında da inkişaf meyillərinin davamlı xarakter almasına imkan verdiyini vurğulayib.

Qeyd olunub ki, bu gün dayanıqlı inkişaf proseslərinin mövcud olduğu ölkəmiz xarici əməkçi miqrantları üçün də cəlbedicidir. Hər il üçün aidiyyəti qurumlarla birgə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanan zaman ölkənin iqtisadi inkişaf tendensiyaları və əmək bazarının inkişafı üzrə müasir çağırışlar, yerli əmək ehtiyatları təhlil olunur, bu sahədə müvafiq proqnozlar nəzərə alınır.

İclasda iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, xarici işlər nazirinin müavini Xələf Xələfov, təhsil nazirinin müavini İdris İsayev, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağıyev, Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov təkliflərlə bağlı fikirlərini bildiriblər.

Müzakirələrin yekununda 2023-cü il üçün əmək miqrasiyası kvotasına, eyni zamanda 2022-ci ilin təsdiq olunmuş əmək miqrasiyası kvotasına edilmiş dəyişikliklərlə bağlı təkliflərin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.

VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Yaroslavlda neft emalı zavodu vuruldu
Yaroslavlda neft emalı zavodu vuruldu
Həmin şəxsin bir neçə silahı olubmuş
Həmin şəxsin bir neçə silahı olubmuş
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu