veten informasiya agentliyi

“Azərbaycanın rayonlarında əkin üçün tövsiyə olunan buğda və arpa sortları” adlı kataloq çap olunub

Tarix:25-10-2022, 15:25
Baxış Sayı:453

“Azərbaycanın rayonlarında əkin üçün tövsiyə olunan buğda və arpa sortları” adlı kataloq çap olunub
“Azərbaycanın rayonlarında əkin üçün tövsiyə olunan buğda və arpa sortları” adlı kataloq çap olunub
“Azərbaycanın rayonlarında əkin üçün tövsiyə olunan buğda və arpa sortları” adlı kataloq çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə birgə hazırladığı “Azərbaycanın rayonlarında əkin üçün tövsiyə olunan buğda və arpa sortları” adlı kataloq işıq üzü görüb.
Kataloqun hazırlanmasında məqsəd respublikanın müxtəlif aqroekoloji şəraitinə uyğun, qlobal istiləşmə fonunda müxtəlif abiotik və biotik stress amillərinə davamlı, yüksək məhsuldar və keyfiyyətli toxum sortları barədə fermerləri məlumatlandırmaqdır. Kataloqda Azərbaycanın rayonlarında becərilməsi üçün buğda və arpa sortlarının seçiminə dair tövsiyələr yer alıb. Bu tövsiyələr fermerlərə əkin apardıqları raynun iqlim şəraitinə uyğun toxum seçməkdə köməklik göstərəcək.
Düzgün toxumun seçimi kənd təsərrüfatının strateji sahəsi olan taxılçılıqda məhsul istehsalının artırılmasını təmin edən əsas amillərdən biridir. Kataloqda ölkənin bütün rayonları üzrə dağlıq və dağətəyi dəmyə və Aran və dağətəyi suvarılan ərazilər üzrə yumşaq və bərk buğda, eyni zamanda arpa sortlarının təsnifatı verilib. Ümumilikdə kataloqda yerli şəraitə uyğun olması baxımından 40-dək buğda və 15-dək arpa sortunun rayonlar üzrə təsnifləndirilməsi aparılıb.
“Azərbaycanın rayonlarında əkin üçün tövsiyə olunan buğda və arpa sortları” kataloqu fermerlərə payızlıq əkinlər zamanı düzgün toxum və sort seçimi etməyə, yekunda daha çox məhsul götürməyə imkan verəcək. Kataloqdan həmçinin taxılçılıqla bağlı fermerlərə keçirilən təlimlərdə tədris vəsaiti kimi istifadə etmək nəzərdə tutulub.

VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Yaroslavlda neft emalı zavodu vuruldu
Yaroslavlda neft emalı zavodu vuruldu
Həmin şəxsin bir neçə silahı olubmuş
Həmin şəxsin bir neçə silahı olubmuş
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu