veten informasiya agentliyi

Monrealda Ermənistanın müharibə cinayətlərini ifşa edən məlumatlandırma aksiyası təşkil edilib

Tarix:27-10-2022, 10:00
Baxış Sayı:315

Kanadanın Monreal şəhərində II Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin törətdiyi müharibə cinayətləri ilə bağlı məlumatlandırma aksiyası keçirilib.
 
Monreal Kanada-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə gerçəkləşdirilən aksiya
şəhərin mərkəzində yerləşən Viktoriya Meydanı Parkında (Victoria Square Park) baş tutub.

Aksiya zamanı şəhər sakinlərinin diqqəti Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə raket hücumlarına, Azərbaycan torpaqlarında yaratdığı mina probleminə və Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqlara cəlb edilib. “Ermənistanın təcavüzünü dayandırın!”, “Ermənistan uşaqları öldürür!”, “Gəncə şəhəri üçün dua et!”, “Bərdə üçün dua et!”, “Ermənistanın terroruna son qoyulsun!”, “Mülki vətəndaşlara hücumları dayandır!” kimi şüarların əks olunduğu fotomateriallar nümayiş etdirilib.

Azərbaycan bayraqlarını dalğalandıran aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarlarını səsləndiriblər. 

Aksiya ilə maraqlanan şəhər sakinlərinə Qarabağ münaqişəsinin tarixini, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini, Ermənistan silahlı qüvvələrinin dəhşətli müharibə cinayətlərini, son hərbi təxribatları, Azərbaycan dövlətinin beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun olaraq öz ərazilərini işğaldan qurtardığını və ərazi bütövlüyünü bərpa etdiyini, Cənubi Qafqaz bölgəsində üzunmüddətli və dayanıqlı sülhün bərqərar olması naminə ciddi səylər göstərdiyini əks etdirən bukletlər paylanılıb. 

VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Yaroslavlda neft emalı zavodu vuruldu
Yaroslavlda neft emalı zavodu vuruldu
Həmin şəxsin bir neçə silahı olubmuş
Həmin şəxsin bir neçə silahı olubmuş
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu