veten informasiya agentliyi

Komitə sədri Neapol-Bakı Assosiasiyasının prezidentini qəbul edib

Tarix:28-10-2022, 15:09
Baxış Sayı:332

Komitə sədri Neapol-Bakı Assosiasiyasının prezidentini qəbul edib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kanilyo ilə görüşüb.
Görüşdə Azərbaycanla İtaliya arasında mövcud dostluq, ticarət və mədəni-iqtisadi əlaqələrin inkişafına Assosiasiyanın verdiyi töhfələr barədə danışılıb, təşkilatın həyata keçirdiyi layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Komitə sədri Neapol-Bakı Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib və əməkdaşlığın perspektivləri barədə müsbət fikirdə olduğunu ifadə edib.
Səmimi qəbula görə təşəkkür edən qonaq kiçik tarixi ekskurs edərək, 1972-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyəti dövründə Bakı və Neapol şəhərlərinin qardaşlaşması və bu il həmin layihənin 50 illiyinin tamam olması barədə danışıb. Bildirib ki, Neapol-Bakı Assosiasiyası 2014-cü ildə məhz bu qardaşlaşmanı yaşatmaq məqsədilə İtaliyada yaradılıb. Assosiasiya bu günə qədər görkəmli dövlət xadimi Heydər Əliyevin tarixi xidmətləri, ölkəmizin müasir tarixi və mədəniyyəti ilə bağlı onlarla maraqlı layihə həyata keçirib.
Cüzeppe Kanilyoya təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub.

VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Yaroslavlda neft emalı zavodu vuruldu
Yaroslavlda neft emalı zavodu vuruldu
Həmin şəxsin bir neçə silahı olubmuş
Həmin şəxsin bir neçə silahı olubmuş
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu