veten informasiya agentliyi

Dövlət Sosial Müdafiə Fondunun beynəlxalq müstəvidə növbəti uğuru

Tarix:28-10-2022, 15:15
Baxış Sayı:336

Dövlət Sosial Müdafiə Fondunun beynəlxalq müstəvidə növbəti uğuru


Fondun sədri beynəlxalq təşkilatın büro üzvü və Avropa Şəbəkəsi
İdarəetmə Komitəsinin sədri seçilib

Ölkəmizdə aparılan sosial islahatlara beynəlxalq səviyyədə yüksək qiymət verilməsinin növbəti göstəricisi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu beynəlxalq müstəvidə daha bir uğura imza atıb:

Fondun sədri Himalay Məmişov Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Mərakeşdə keçirilən Dünya Sosial Təminat Forumu çərçivəsində keçirilmiş iclaslarda dünya ölkələri təmsilçilərinin səsverməsi ilə BSTA-nın Bürosunun üzvü və Avropa Şəbəkəsi İdarəetmə Komitəsinin sədri seçilib.

H.Məmişovun sədr seçildiyi İdarəetmə Komitəsinə Azərbaycanla yanaşı, 9 ölkənin (Türkiyə, Macarıstan, Polşa, Belçika, Fransa, Qazaxıstan, Niderland, Böyük Britaniya, İtaliya) müvafiq qurumlarının rəhbərləri üzv seçilib.

1927-ci ildə təsis edilmiş BSTA 160-dan çox ölkənin 330-dək sosial təminat qurumunu özündə birləşdirən və dünyada sosial təminata hərtərəfli dəstək üzrə qlobal kampaniyaya rəhbərlik edən beynəlxalq təşkilatdır.

Həmin Təşkilatın ali idarəetmə orqanlarında təmsil olunmaq, eləcə də sədrlik etməklə, Fond beynəlxalq təşkilatın fəaliyyəti üçün mühüm əhəmiyyətə malik qərarların qəbul edilməsində, büdcə strategiyasının və prioritet hədəflərin müəyyənləşdirilməsində, əldə olunan nailiyyətlərin qiymətləndirilməsi və həmçinin maliyyə məsələləri üzrə qərarların verilməsində yaxından iştirak edəcək.

VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Yaroslavlda neft emalı zavodu vuruldu
Yaroslavlda neft emalı zavodu vuruldu
Həmin şəxsin bir neçə silahı olubmuş
Həmin şəxsin bir neçə silahı olubmuş
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu