veten informasiya agentliyi

Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr edilmiş iclas keçirilib

Tarix:3-11-2022, 18:28
Baxış Sayı:326

Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr edilmiş iclas keçirilib
Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr edilmiş iclas keçirilib
Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr edilmiş iclas keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayonu, Ü.Hacıbəyov 80 Ərazi İlk Partiya Təşkilatında partiyanın 30 illik yubileyinə həsr olunmuş iclas keçirilib. İclasdan əvvəl ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı nazirinin müavini, Yeni Azərbaycan Partiyası Yasamal rayonu, Ü.Hacıbəyov 80 Ərazi İlk Partiya Təşkilatının sədri Sarvan Cəfərov Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətində fəaliyyətindən bəhs edib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandanın rəhbərliyi ilə qısa zaman ərzində ərazi bütövlüyümüzün bərpası iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkan və perspektivlər açıb. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir.
Toplantıda çıxış edən Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev partiyanın yaranma tarixindən, partiyanın qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın bu gün gördüyü işlərdən, 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan bəhs edib.
Daha sonra YAP Yasamal rayonu, Ü.Hacıbəyov 80 Ərazi İlk Partiya Təşkilatına yeni sədr müavinin seçilməsi məsələsinə baxılıb. Bu vəzifəyə Nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini İlham Süleymanov seçilib.
İclasın sonunda partiyanın ictimai-siyasi fəaliyyətində fərqlənən üzvlərə Fəxri Fərmanlar təqdim olunub. Həmçinin partiyanın sıralarına yeni daxil olan şəxslərə partiyanın üzvlük vəsiqələri təqdim edilib.

VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Yaroslavlda neft emalı zavodu vuruldu
Yaroslavlda neft emalı zavodu vuruldu
Həmin şəxsin bir neçə silahı olubmuş
Həmin şəxsin bir neçə silahı olubmuş
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu