veten informasiya agentliyi

“Azərbaycanda tütünçülüyün mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda iclas keçirilib

Tarix:12-12-2022, 14:00
Baxış Sayı:377

“Azərbaycanda tütünçülüyün mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda iclas keçirilib

Bakı Biznes Mərkəzində “Azərbaycanda tütünçülüyün mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda iclas keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri, Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri, tütün emalı və istehsalı müəssisələrinin təmsilçiləri, tütünçülüklə məşğul olan fermerlər iştirak edib.
İclası giriş sözü ilə açan Kənd Təsərrüfatı Naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Nazir qeyd edib ki, aqrar sahənin, o cümlədən tütünçülüyün inkişafı üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir.
Azərbaycanda tütünçülüyün zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğu vurğulanıb, bu sahənin inkişaf etdirilməsinin zəruri olduğu qeyd olunub. İclasda Azərbaycanda tütünçülüyün inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunulub. Fermerlər, ilkin emal müəssisələri və istehsalçı şirkət arasında dəyər zəncirinin düzgün qurulmasının vacib olduğu diqqətə çatdırılıb. Ölkədə tütün istehsalında mövcud vəziyyət, gələn il tütün istehsalına hazırlıq və qarşıda duran vəzifələr, hədəflər və perspektivlər barədə müzakirələr aparılıb. Tütünçülüyün inkişafı və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb. Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.

VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Yaroslavlda neft emalı zavodu vuruldu
Yaroslavlda neft emalı zavodu vuruldu
Həmin şəxsin bir neçə silahı olubmuş
Həmin şəxsin bir neçə silahı olubmuş
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu