veten informasiya agentliyi

Eskişehirdəki soydaşlarımız Qarabağdakı ekoterrora son qoyulmasını tələb ediblər

Tarix:29-12-2022, 17:52
Baxış Sayı:378

Eskişehirdəki soydaşlarımız Qarabağdakı ekoterrora son qoyulmasını tələb ediblər
Eskişehirdəki soydaşlarımız Qarabağdakı ekoterrora son qoyulmasını tələb ediblər

Türkiyənin Eskişehir şəhərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istimarına etiraz əlaməti olaraq aksiya keçirilib.

Eskişehir Azərbaycanlılar Dərnəyinin gənclər qanadının təşkilatçılığı ilə Ulus Anıtı meydanında baş tutan etiraz aksiyasında Azərbaycan və Türkiyənin dövlət bayraqları dalğalandırılıb, “Qarabağ Azərbaycandır!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Qarabağdakı ekoloji terrora son qoyulsun!”, “Bir millət, iki dövlət” şüarları nümayiş etdirilib.

Sonra Eskişehir Azərbaycanlılar Dərnəyinin gənclər qanadının sədri Zahir Hacızadə aksiya iştirakçılarının bəyanatını oxuyub.

Bəyanatda bildirilib ki, soydaşlarımız Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin və könüllülərin keçirdiyi etiraz aksiyasını dəstəkləyirlər. Ermənistanın Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq taladığı, ətraf mühiti çirkləndirdiyi, ekosid törətdiyi bir vaxtda Rusiya sülhməramlılarının Azərbaycanın dövlət qurumlarının nümayəndələrindən ibarət monitorinq qrupunun bu bölgəyə daxil olmasına və müşahidə aparmasına imkan verməməsi qəbuledilməz davranış kimi qiymətləndirilib.

Nəzərə çatdırılıb ki, Laçın yolunu azərbaycanlı etirazçılar deyil, Rusiya Federasiyasının sülhməramlıları bağlayıblar. Azərbaycanlı etirazçıların humanitar yardım və təcili yardım maşınlarının yolu keçməsi üçün hər cür şərait yaratdıqlarına diqqət cəlb edilib.

Bəyanat müəllifləri Azərbaycanın qanunlarına və suverenliyinə hörmət edilməsini, Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin ekoloji monitorinq məqsədilə ölkəmizin ərazisində fəaliyyət göstərməsinə heç bir maneə yaradılmamasını, Ermənistanın və erməni separatçılarının ekoloji terroruna son qoyulmasını, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidəki qanunsuz erməni silahlı birləşmələrinin dərhal çıxarılılmasını tələb ediblər.

“Bu torpaqlar bizim torpaqlarımızdır, buranın hər daşı bizim üçün qiymətlidir. İllərdir ermənilər bu torpaqlarda ekoloji tarazlığı pozub, meşələr yandırılıb, çayların məcrası dəyişdirilib, milli sərvətlərimiz talan edilib. Hər zaman ekoloji problemləri gündəmə gətirən böyük təşkilatlar, dövlətlər nədənsə Qarabağdakı ekosid əleyhinə heç vaxt çıxış etməyiblər. İndi buna son qoymağın vaxtıdır. Biz Qarabağda qeyri-qanuni mədən hasilatına və ekoloji terrora son qoymağa çağırırıq”, - deyə sənəddə vurğulanıb.

VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Yaroslavlda neft emalı zavodu vuruldu
Yaroslavlda neft emalı zavodu vuruldu
Həmin şəxsin bir neçə silahı olubmuş
Həmin şəxsin bir neçə silahı olubmuş
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu