veten informasiya agentliyi

Salonikidə “Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir təşkil edilib

Tarix:23-02-2023, 10:36
Baxış Sayı:386

Salonikidə “Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir təşkil edilib
Salonikidə “Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir təşkil edilib



Yunanıstanın Saloniki şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin, Saloniki Azərbaycan Evinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə diasporumuzun fəalları, post-sovet ölkələrindən olan yunan icmalarının Ümumyunan Federasiyasının sədri Aleksandros Mixailidis, federasiyanın Baş katibi İliana Kadaidou, “Tereza Ana” Alban Qaçqınları Cəmiyyətinin sədri Arian Kara, “Thess Culture” nəşrinin əməkdaşları Dimitris Konstantinidis, Katerina Chatzikonstantinou və başqaları iştirak ediblər.

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Baş katibi Salatın Məmmədli qonaqları salamlayıb.

Sonra Monitorinq Mərkəzinin rəhbəri professor Sevinc Əliyeva, mərkəzin baş məsləhətçisi, əməkdar artist Aygün Qurbanova və türkoloq, professor Sokrat Angelidis məruzəçi qismində çıxış ediblər.

Məruzəçilər Azərbaycan xalqının və dilinin qədim tarixi, xalqımızın ulu öndəri Heydər Əliyevin və onun ləyaqətli davamçısı Prezident İlham Əliyevin Azərbaycan dilinin inkişafı və dünyada təbliğ olunması məqsədilə həyata keçirdikləri işlər, doğma dilimizin, mədəniyyətimizin və adət-ənənələrimizin qorunub saxlanılması barədə ətraflı məlumat veriblər.

VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Yaroslavlda neft emalı zavodu vuruldu
Yaroslavlda neft emalı zavodu vuruldu
Həmin şəxsin bir neçə silahı olubmuş
Həmin şəxsin bir neçə silahı olubmuş
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu