veten informasiya agentliyi

Holland yazıçı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bəyan edib

Tarix:5-09-2023, 15:55
Baxış Sayı:383

Holland yazıçı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bəyan edib

Holland yazıçı-publisist, təhsil işçisi, Xocalı soyqırımı haqqında kitabın müəllifi Henri Van Rens bu ölkədəki Azərbaycan icmasının Haaqa Ədalət Sarayının önündə keçirdiyi dinc aksiyanı dəstəkləyib.

Yazıçı Azərbaycan tərəfdarı olduğunu və bunu gizlətmədiyini bildirib. Azəbaycanın 30 il ərzində Ermənistan tərəfindən işğala və təcavüzə məruz qaldığını qeyd edən yazıçı Niderlandın bəzi kütləvi informasiya vasitələrinin və jurnalistlərinin açıq-aşkar ermənipərəst mövqe tutmalarını, Azərbaycanla-Ermənistan sərhədində baş verənləri birtərəfli və qərəzli şəkildə işıqlandırmalarını tənqid edib.

Xocalı soyqırımı haqqında kitabında Qarabağ həqiqətlərini qələmə aldığını xatırladan Henri Van Rens bildirib ki, Azərbaycanlı dostları kimi o da Azərbaycan dövlətinin regionda sülhün bərqərar olması üçün göstərdiyi səylərinin müsbət nəticə verəcəyinə inanır.

Qeyd edək ki, Henri Van Rens dünyanı avtomobili ilə dolaşan yazıçı-publisist və səyyahdır. 2009-cu ildən etibarən hər il Azərbaycana səfər edir və ölkəmizin bütün bölgələrini qarış-qarış gəzir. 2020-ci ildəki parlaq zəfərimizdən sonra işğaldan azad edilmiş Ağdamı ziyarət edib və Ermənistanın işğal illərində Azərbaycanın qədim torpaqlarında törətdiyi vəhşiliklərin canlı şahidi olub.

Niderlandlı yazıçı Xocalı soyqırımının 31-ci ildönümündə Azərbaycan diasporunun Vyananın məşhur Heldenplatz meydanında “Xocalıya ədalət!” tələbi ilə keçirdiyi 26 fevral 2023-cü il tarixli Ümumavropa Qarabağ mitinqində çıxış edərək, dünya ictimaiyyətini Xocalı soyqırımını tanımağa çağırıb və bu qanlı qırğını törədən erməni canilərinin məsuliyyətə cəlb olunmasını tələb edib.

İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə sessiyasının iştirakçılarını WUF13-ə dəvət etdi
İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə sessiyasının iştirakçılarını WUF13-ə dəvət etdi
Bu gün biz sülhün bəhrəsinin şahidiyik - Prezident
Bu gün biz sülhün bəhrəsinin şahidiyik - Prezident
Saat 10:00-dan etibarən Bakının bu ərazilərində qaz KƏSİLİR
Saat 10:00-dan etibarən Bakının bu ərazilərində qaz KƏSİLİR
Sürücülərin NƏZƏRİNƏ: 9 küçə istiqamətində əsas yollar…
Sürücülərin NƏZƏRİNƏ: 9 küçə istiqamətində əsas yollar…
İranda Hörmüz boğazına görə PARÇALANMA BAŞLADI
İranda Hörmüz boğazına görə PARÇALANMA BAŞLADI
Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr dərinləşdirilir
Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr dərinləşdirilir
Daha bir UNO tədqiqatçısının MÜƏMMALI ÖLÜMÜ - "Səni elə basdıracaqlar ki..."
Daha bir UNO tədqiqatçısının MÜƏMMALI ÖLÜMÜ -
ABŞ-da təyyarə evə çırpıldı - Ölən var
ABŞ-da təyyarə evə çırpıldı - Ölən var