veten informasiya agentliyi

Azərbaycan nümayəndə heyəti Türkiyədə beynəlxalq tədbirdə iştirak edir

Tarix:7-09-2023, 14:41
Baxış Sayı:342

 Azərbaycan nümayəndə heyəti Türkiyədə beynəlxalq tədbirdə iştirak edir
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Türkiyənin İstanbul şəhərində 14-cü beynəlxalq LANDNET tədbiri keçirilir. Tədbirdə Azərbaycan nümayəndə heyətini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin əməkdaşı Teyyub Məmmədli, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev, Nazirliyin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev və Hüquq və icra intizamı şöbəsinin əməkdaşı Mahmud Abdullayev təmsil edir.
14-cü beynəlxalq LANDNET tədbirində torpaqların konsolidasiyası çərçivəsində müxtəlif ölkələrin tətbiq etdikləri islahatlarla bağlı təqdimatlar keçirilib. Tədbirdə çıxış edən mütəxəssislər torpaqların konsolidasiya edilməsi, kənd təsərrüfatı infrastrukturunun qurulması və torpaq bazarının inkişaf etdirilməsində torpaq bankçılğının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Qeyd olunub ki, torpaq bankçlığı müxtəlif səbəblərdən tərk edilmiş və ya uzun müddət istifadə edilməyən torpaqların təsərrüfat dövriyyəsinə qaytarılmasında müstəsna rola malikdir.
Tədbirdə FAO-nun Azərbaycan, Türkiyə və Özbəkistan Respublikalarının ortaq regional layihəsi – “Torpaqların tərk olunması probleminin həlli və torpaqların konsolidasiyası prosedurlarının təkmilləşdirilməsi məqsədilə kənd təsərrüfatı torpaqları bazarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində görüləcək işlər də müzakirə olunub. Tədbirin çərçivəsində Türkiyənin Bursa şəhəri ərazisində torpaqların konsolidasiyası layihəsinin tətbiq edildiyi sahəyə səfər təşkil olunub. Məqsəd sahə səfəri zamanı iştirakçılara torpaqların konsolidasiyasının kənd təsərrüfatının və kənd yerlərinin inkişafına göstərdiyi təsirlərlə əyani tanış olmaqdır.

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər