veten informasiya agentliyi

Komitə sədri fransalı hüquqşünas-araşdırmaçını qəbul edib

Tarix:19-10-2023, 20:37
Baxış Sayı:416

Komitə sədri fransalı hüquqşünas-araşdırmaçını qəbul edib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov daxili təhlükəsizlik və inzibati hüquq üzrə tanınmış fransalı hüquqşünas-araşdırmaçı Kristian Valları qəbul edib.
Qonağı salamlayan Komitə sədri dövlətimizin diaspor siyasəti, bu istiqamətdə həyata keçirilən layihələr, Azərbaycanın Qarabağ bölgəsində apardığı son antiterror tədbirlərinə gətirib çıxaran səbəblər, erməni əhalisinə və mülki infrastruktura heç bir zərər yetirilmədiyi və təzyiq göstərilmədiyi faktlarının Xankəndiyə və ətrafına səfər etmiş BMT missiyası tərəfindən təsdiqləndiyi, erməni əhalisinin Qarabağ bölgəsində yaşaması üçün Azərbaycan dövlətinin təklif etdiyi reinteqrasiya şərtləri barədə ətraflı danışıb. Eyni zamanda Azərbaycan ictimaiyyətinin və xaricdə yaşayan soydaşlarımızın beynəlxalq hüquq çərçivəsində həll olunmuş Qarabağ məsələsi ilə bağlı Fransanın ölkəmizə qarşı tutduğu qərəzli mövqedən təəssüfləndiyi diqqətə çatdırılıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən Kristian Vallar paytaxt Bakıdakı görüşləri, Füzuliyə səfəri və Azərbaycan icmasının Fransada fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. Azərbaycana səfərinin baş tutmasına görə təşkilatçılara minnətdarlığını bildirib.
Görüşdə “Paris Azərbaycan Evi”nin sədri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva da iştirak edib.
Qeyd edək ki, tanınmış ekspert ictimai hüquq üzrə bakalavr və magistr dərəcələrini Nitsa Universitetində tamamlayıb. O, İnzibati, Konstitusiya, Maliyyə və Fiskal Hüquq üzrə Araşdırmalar və Tədqiqatlar Mərkəzini (CERDACFF) təsis edib. İndiyədək Nitsa Sophiya Antipolis Universitetində, Savoya Universitetində, Cote d'Azur Universitetində müxtəlif vəzifələrdə çalışıb. Hazırda Nitsa Universitetinin Hüquq fakültəsi və Rumıniyanın Pitesti Universiteti ilə əməkdaşlıq proqramının meneceri kimi fəaliyyətini davam etdirir. Azərbaycan Elmlər Akademiyasının fəxri doktoru və fəxri professoru adına, Azərbaycan Dillər Universitetinin ekspert qiymətləndiricisi statusuna layiq görülüb.

İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə sessiyasının iştirakçılarını WUF13-ə dəvət etdi
İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə sessiyasının iştirakçılarını WUF13-ə dəvət etdi
Bu gün biz sülhün bəhrəsinin şahidiyik - Prezident
Bu gün biz sülhün bəhrəsinin şahidiyik - Prezident
Saat 10:00-dan etibarən Bakının bu ərazilərində qaz KƏSİLİR
Saat 10:00-dan etibarən Bakının bu ərazilərində qaz KƏSİLİR
Sürücülərin NƏZƏRİNƏ: 9 küçə istiqamətində əsas yollar…
Sürücülərin NƏZƏRİNƏ: 9 küçə istiqamətində əsas yollar…
İranda Hörmüz boğazına görə PARÇALANMA BAŞLADI
İranda Hörmüz boğazına görə PARÇALANMA BAŞLADI
Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr dərinləşdirilir
Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr dərinləşdirilir
Daha bir UNO tədqiqatçısının MÜƏMMALI ÖLÜMÜ - "Səni elə basdıracaqlar ki..."
Daha bir UNO tədqiqatçısının MÜƏMMALI ÖLÜMÜ -
ABŞ-da təyyarə evə çırpıldı - Ölən var
ABŞ-da təyyarə evə çırpıldı - Ölən var