veten informasiya agentliyi

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının 6 illik yubileyi münasibətilə hesabat tədbiri keçirilib

Tarix:15-07-2024, 09:04
Baxış Sayı:215

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının yaranmasının 6 illiyi münasibətilə hesabat tədbiri keçirilib. Tədbirdə Təşkilatın sədri Aytac Cabbarova, Kənd Təsərrüfatı Nazirliyinin Elm, Təhsil və İnsan Resursları Şöbəsinin müdir müavini Emin Əliyev, Kənd Təsərrüfatı Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov və Təşkilatın könüllülərlə iş üzrə regional nümayəndələri çıxış ediblər.
Tədbirdə Aqrar İnkişaf Könüllülərinin son altı ildə əldə etdiyi nailiyyətlər və qarşıda duran hədəflər müzakirə olunub. Təşkilatın sədri Aytac Cabbarova təşkilatın fəaliyyətində könüllülərin rolu, onların kənd təsərrüfatının inkişafında göstərdikləri dəstək barədə məlumat verib. Bildirilib ki, hazırda ölkənin 53 regionunda nümayəndəliyi olan “Aqrar İnkişaf Könüllüləri” Təşkilatına bu günədək 4000-ə yaxın könüllü üzv olub. Təşkilat tərəfindən müxtəlif layihə, aksiya və tədbirlərin həyata keçirilməsində 7000-ə yaxın gəncin iştirakı təmin edilib. Aytac Cabbarova Aqrar İnkişaf Könüllülərinin yalnız ölkə daxilində deyil, Fransa, Rusiya, Qırğızıstan kimi ölkələrdə yerləşən beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq etdiklərini qeyd edib.
Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev Aqrar İnkişaf Könüllülərinin fəaliyyətinə toxunub, onların kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi və təhsilin inkişafında göstərdikləri töhfələri yüksək qiymətləndirib. O, həmçinin, Nazirliyin təşkilatla əməkdaşlığının gələcək perspektivlərini də açıqlayıb.
Kənd Təsərrüfatı Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov könüllülərin əməkdaşlıq ruhunun və onların kənd təsərrüfatı sahəsindəki fəallığının əhəmiyyətini vurğulayıb. O, həmçinin, təşkilatın gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib.
Tədbirdə çıxış edən regionlardan gələn könüllülər üzrə nümayəndələr yerlərdə həyata keçirilən layihələr və əldə olunan uğurlar barədə məlumat verib, təcrübələrini bölüşüblər. Regional nümayəndələr "Gələcəyin Fermerləri", “Kənd Sovqatı”, “Xəyal qutusu” “Yaylaq Könüllü Düşərgəsi”, “İnsan mühəndisliyi”, “Könüllü Fərqindəlik”, “Aqrar İxtisaslaşmış Jurnalistlər” və “Aqro Sosial Media Marketinq” kimi həyata keçirilmiş layihələri misal gətirərək iştirakçı gənclərin təəssüratlarını diqqətə çatdırıblar.
Tədbirin sonunda “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının gələcək fəaliyyət istiqamətləri və qarşıda duran hədəflər müzakirə edilib, iştirakçılarla xatirə şəkli çəkilib.
Aqrar İnkişaf Könüllüləri Təşkilatı kənd təsərrüfatının inkişafı və innovasiyaların daha geniş tətbiqi işinə töhfə vermək məqsədilə gənclərin fəal iştirakını təşviq etməyə davam edəcək.

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər