veten informasiya agentliyi

Göyçayda özbaşınalıq: İdarə rəisinin maşınları satması belə ifşa oldu - Fotolar

Tarix:10-06-2017, 11:38
Baxış Sayı:643

Göyçayda özbaşınalıq: İdarə rəisinin maşınları satması belə ifşa oldu - Fotolar

















Göyçay Sanitar Təmizlik İdarəsində baş alıb gedən özbaşınalıqların ardı-arası kəsilmir

Bu haqda hüquq müdafiəçisi Taleh Xasməmmədov məlumat yayıb.

GSTİ nin rəisi Loğman Əliyevin oğlu öz atasının korrupsiya əməllərini ifşa etmiş, bununla yanaşı hər il dövlətə vurduğu zərər haqqında aidiyyatı orqanlara və mətbuata şikayət məktubları ünvanlamışdı.

Loğman Əliyevin oğlu Əhliman Əliyev atasının dövlət əmlakına vurduğu zərərin faktlarla təqdim edib. Həmin faktlara əsasən Loğman Əliyev idarəyə məxsus 3 ədəd buraxılış ili 2008-ci il olan "Kamaz" markali və 2012-ci il olan "JAK" ve 1996-ci il olan "Daywoo" markalı maşınları ehtiyyat hissələrə ayıraraq satıb.

Amma avtomobillərin sökülərək satılmasına baxmayaraq həmin avtomobilləri sənəd üzərində yararlı kimi göstərərək, həmin avtomobillərə görə hər ay yanacaq və ehtiyyat hissələri üçün pul yazaraq sərfiyyatı aylıq hesabatlarda göstərib. L.Əliyev təkcə 3 avtimobilə görə dövlətə ümumlikdə 350 min manat ziyan vurub.

Həmçinin yanacaq və ehtiyyat hissələrinə görə 18 ay ərzində külli miqdarda pul vəsaiti mənimsəyib. Şikayətçinin atası Loğman Əliyev törətdiyi cinayəti oğlunun yanında dəfələrlə boynuna almış və “hara istəyirsən ora da şikayət et” cavabını bildirmişdi.

Ulus.Az-ın xəbərinə görə, Sanitar Təmizlik İdarəsi kommersiya və büdcə təşkilatlarından, o cümlədən yerli vətəndaşlardan hər ay təmizlik məqsədilə müəyyən vəsaitlər toplayır.

Böyük pulların dövr etdiyi bu qurumda ciddi maliyyə yeyintiləri mövcuddur. Təxmini hesablamalara görə Göyçayda 9 minə yaxın təsərrüfat mövcuddur.

Əvvəllər hər evdən 3 manat məbləğində zibil pulu adı ilə vəsait toplanırdısa, Loğman Əliyevin qoyduğu yeni qaydalara görə bu məbləğ 5 manata qaldırılıb.

Əslində hər vətəndaş zibil puluna görə 30 qəpik ödəməli olduğu halda Loğman Əliyevin idarəsi heç nədən çəkinmədən vətəndaşların cibinə girməklə məşğul olur.

Hər ay ərzində kommersiya qurumlarından təxminən 7 min manat, büdcə təşkilatlarından isə 15 min manata yaxın vəsait toplanılır.

Bunun üzərinə vətəndaşlardan toplanılan vəsaitləri də əlavə etsək, göz önündə böyük rəqəmlərlə ölçülən pullar canlanır.

Loğman Əliyevin bu qədər vəsaiti hara xərcləməsi rayon sakinləri üçün müəmma olaraq qalır. Çünki rayonda sanitar-təmizlik işləri heç də ürəkaçan deyil.

Göyçayda özbaşınalıq: İdarə rəisinin maşınları satması belə ifşa oldu - Fotolar
Göyçayda özbaşınalıq: İdarə rəisinin maşınları satması belə ifşa oldu - Fotolar
Göyçayda özbaşınalıq: İdarə rəisinin maşınları satması belə ifşa oldu - Fotolar

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı