veten informasiya agentliyi

Rusiya bu gecə də yatmadı: 163 Ukrayna PUA-sı…

Tarix:9-03-2026, 10:45
Baxış Sayı:36

Rusiya bu gecə də yatmadı: 163 Ukrayna PUA-sı…



Ötən gecə Rusiyanın hava hücumundan müdafiə siqnalizasiya sistemləri Ukrayna Silahlı Qüvvələrinə məxsus 163 pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ən çox dron Bryansk vilayəti üzərində vurulub - 54 ədəd, işğal altında olan Krım üzərində 47 PUA, Krasnodar vilayəti üzərində 16, Kaluqa vilayəti üzərində 11, Novqorod vilayəti üzərində daha 8 və Belqorod vilayəti üzərində 5 PUA vurulub.
Bundan əlavə, Rusiya qüvvələri Qara dəniz və Smolensk bölgəsi üzərində hər birində 4 PUA, Voronej bölgəsi və Adıgey üzərində daha 3 PUA, Rostov bölgəsi və Azov dənizi üzərində isə hər birində 2 PUA məhv edib. Həştərxan, Volqoqrad, Oryol və Tver bölgələrinin hər biri üzərində 1 PUA vurulub.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi bundan əvvəl 8 mart tarixində günortadan sonra cəmi üç saat ərzində Ukraynaya məxsus 170 dronu ələ keçirilərək məhv edildiyini bildirib.

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər