veten informasiya agentliyi

Müəllimlər üçün informasiya-kommunikasiya texnologiyaları üzrə təlimlər davam etdirilir

Tarix:8-04-2026, 22:03
Baxış Sayı:17

Tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və onların informasiya-kommunikasiya texnologiyaları üzrə bilik və bacarıqlarının artırılması məqsədilə təlim proqramı davam etdirilir.
Təlimlərin növbəti mərhələsində Gəncə şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan bir qrup müəllimin iştirakı ilə təşkil olunub.
Təlimlər çərçivəsində müəllimlərə müasir təhsil texnologiyalarının tətbiqi, rəqəmsal alətlərdən səmərəli istifadə imkanları, elektron resursların dərs prosesinə inteqrasiyası və interaktiv tədris üsullarının tətbiqi ilə bağlı geniş məlumatlar təqdim edilib.
Təlimlər zamanı iştirakçılar müxtəlif rəqəmsal platformaların istifadəsi, təqdimat və vizual materialların yaradılması, həmçinin dərslərin daha maraqlı və effektiv təşkil olunması üçün innovativ yanaşmalar barədə praktiki biliklər əldə edirlər.
Təlimçilər tərəfindən müəllimlərə dərs prosesində texnologiyadan istifadə nümunələri göstərilib, iştirakçılar isə bu alətləri praktik şəkildə tətbiq edərək öz bacarıqlarını inkişaf etdirmək imkanı qazanırlar.
Təlimlərin keçirilməsində əsas məqsəd müəllimlərin rəqəmsal bacarıqlarını daha da təkmilləşdirmək, tədris prosesində müasir və innovativ metodların tətbiqini genişləndirmək, şagirdlərin dərsə marağını artırmaq və nəticə etibarilə təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdir.
Qeyd edək ki, bu kimi təlimlərin mərhələli şəkildə digər rayon və şəhərləri əhatə edən ümumi təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur. Bu təşəbbüs müəllimlərin peşəkar inkişafına dəstək göstərməklə yanaşı, təhsil müəssisələrində rəqəmsal mühitin formalaşdırılmasına və müasir tədris yanaşmalarının tətbiqinə xidmət edir.

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər