veten informasiya agentliyi

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Gəncə şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində olub

Tarix:8-04-2026, 22:07
Baxış Sayı:20

Məktəbdə yaradılmış mövcud şəraitlə yaxından tanış olan idarə müdiri sinif otaqlarına baxış keçirib, tədris prosesini izləyib və dərslərdə iştirak edib. O, şagirdlərin bilik və bacarıqlarının inkişafı, dərs mühitinin təşkili, müəllimlərin tətbiq etdiyi müasir tədris metodları ilə maraqlanıb. Elçin Kərimov şagirdlərlə səmimi söhbət apararaq onların təhsilə münasibəti, gələcək hədəfləri və maraq dairələri haqqında fikirlərini dinləyib.
Görüş çərçivəsində məktəbin pedaqoji kollektivi ilə də görüş keçirilib. Məktəbin direktoru Xumar Qurbanova təhsil müəssisəsinin fəaliyyət göstərdiyi müddət ərzində əldə etdiyi uğurlar, şagirdlərin müxtəlif müsabiqə və olimpiadalarda qazandığı nailiyyətlər, həmçinin məktəbdə tətbiq olunan innovativ və müasir tədris yanaşmaları barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, STEAM dərsləri “İcma əsaslı məktəbəqədər təhsil” və “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq olunduğu Gəncə şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində hazırda 1183 nəfər şagird təhsil alır.
Sonda Elçin Kərimov tədrisin daha da təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin artırılması istiqamətində qarşıda duran əsas hədəf və prioritetlərdən danışıb. O, müəllimlərlə fikir mübadiləsi aparıb, onların təklif və tövsiyələrini dinləyib. Elçin Kərimov təhsil işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və bu cür görüşlərin digər təhsil müəssisəlrində də davam etdiriləcəyini vurğulayıb.

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...

Azərbaycan Ermənistandan mal idxal etməyə başladı

2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ

Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ

Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu

Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı

DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər