veten informasiya agentliyi

Ağdaş rayonunda ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilmişdir

Tarix:8-04-2026, 22:23
Baxış Sayı:19

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadovun, Tədrisin Keyfiyyəti sektorunun müdiri Anar Şəfiyevin , Ağdaş rayonu üzrə təhsil sektorunun müdiri Rüstəm Aslanovun , Regional Təhsil İdarəsinin və Ağdaş rayonu üzrə təhsil sektorunun müvafiq əməkdaşlarının iştirakı ilə Ağdaş rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri ilə görüş keçirilmişdir.
Görüş zamanı ümumi təhsil müəssisələrində ötən dövür ərzində təlim nəticələrinin təhlili, əldə edilmiş göstəricilər, mövcud problemlər və onların aradan qaldırılması yolları, habelə qarşıda duran strateji məqsədlər müzakirə olunmuşdur. Eyni zamanda şagirdlərin fənn olimpiadaları və digər intellektual müsabiqələrdə iştirak səviyyəsi, nəticələrin yüksəldilməsi istiqamətində görülən və planlaşdırılan tədbirlər barədə ətraflı məlumat təqdim edilmişdir.
Müzakirə olunan məsələlərə dair hazırlanmış analitik materiallar nümayiş etdirilmiş, iştirakçılar arasında fikir mübadiləsi aparılmışdır. Görüşün sonunda təlim keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması və idarəetmədə nəticəyönümlü fəaliyyətin təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlər müəyyən edilmişdir. Bu kimi işgüzar görüşlərin mütəmadi əsasda davam etdirilməsi və hesabatlılıq mexanizmlərinin gücləndirilməsi barədə müvafiq qərarlar qəbul edilmişdir.
#MərkəziAranRTİ #EduAz #ÜmumiTəhsil #Müəllim #Ağdaş #Görüş

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər