veten informasiya agentliyi

Məktəb direktorları ilə görüş keçirilib

Tarix:9-04-2026, 11:54
Baxış Sayı:17

Məktəb direktorları ilə görüş keçirilib
Məktəb direktorları ilə görüş keçirilib
Məktəb direktorları ilə görüş keçirilib
Məktəb direktorları ilə görüş keçirilib
Məktəb direktorları ilə görüş keçirilib

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov idarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan və Respublika Fənn Olimpiadasının final mərhələsində iştirak etmək hüququ qazanan şagirdlərin təhsil aldıqları məktəblərin direktorları ilə görüşüb.
İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən görüşdə İdarənin Tədrisin Keyfiyyəti Sektorunun müdiri Cəmil Muradov və Rayon Təhsil Sektorlarının müdirləri iştirak edib.
İdarə müdiri məktəb direktorlarına final mərhələsində iştirak etmək hüququ qazanan şagirdlərin final mərhələsinə hazırlıqları ilə əlaqəli tapşırıqlar verərək, həmin şagirdlər üçün hazırlıq məşğələlərinin təşkil edilməsini və onlarla ciddi şəkildə məşğul olunmağı bildirmişdir. Sonda bu məsələ ilə əlaqəli direktorların fikirləri və təklifləri dinlənilmişdir. İdarə müdiri şagirdlərin hazırlıq məsələləri ilə əlaqəli yarana biləcək hər hansı problemlərlə əlaqəli idarə tərəfindən onlara dəstək olunacağını qeyd etmişdir.
Qeyd edək ki, Dağlıq Şirvan RTİ üzrə Respublika Fənn Olimpiadasının final mərhələsində 40 nəfər şagird iştirak etmək hüququ qazanıb. Onlardan 27 nəfəri İsmayıllı, 5 nəfəri Ağsu, 4 nəfəri Şamaxı, 4 nəfəri isə Qobustan rayonunun payına düşür.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #RFO #Direktor #Görüş

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər