veten informasiya agentliyi

Şamaxı rayonunda məktəb direktorları ilə görüş keçirilib

Tarix:9-04-2026, 11:56
Baxış Sayı:18

Şamaxı rayonunda məktəb direktorları ilə görüş keçirilib
Şamaxı rayonunda məktəb direktorları ilə görüş keçirilib
Şamaxı rayonunda məktəb direktorları ilə görüş keçirilib
Şamaxı rayonunda məktəb direktorları ilə görüş keçirilib

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, idarənin müdir müavini Rahim Novruzov, Tədrisin keyfiyyəti sektorunun müdiri Cəmil Muradov və Şamaxı rayonu üzrə təhsil sektorunun müdiri Məsud Babayevin iştirakı ilə Şamaxı rayonunda ümumtəhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.
Görüş zamanı məktəblərdə tədrisin keyfiyyətinin artırılması, idarəetmənin təkmilləşdirilməsi və qarşıda duran vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.
Müzakirələrdə keyfiyyət planlanında nəzərdə tutulan istiqamətlər üzrə fəaliyyətlər müzakirə edilmiş və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, IV və VI sinif monitorinqləri, eləcə də IX və XI sinif buraxılış imtahanları üzrə nəticələrin yaxşılaşdırılması, zəif şagirdlərlə və istedadlı şagirdlərlə işin düzgün qurulması, məktəblərdə KSQ və BSQ nəticələrinin düzgün təhlili, məktəblərdə müəllim peşəkarlığının və valideyn məmnunluğunun artırılması, tərbiyə işinin gücləndirilməsi, keyfiyyət üzrə hesabatlılığın aparılması və növbəti tədris ili üçün planlaşdırma istiqamətləri üzrə müzakirələr aparılmışdır.
Həmçinin Daxili Keyfiyyət Təminatı Sistemi üzrə onlayn hesabatlılıq sisteminə daxil olan 18 müəssisənin fəaliyyəti də təhlil edilmişdir.
Görüş zamanı məktəblərin fəaliyyətinin daha səmərəli təşkili, təhsil keyfiyyətinin yüksəldilməsi və qarşıya qoyulan hədəflərə nail olunması üçün konkret tapşırıqlar və tövsiyələr verilib.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #MəktəbDirektorları #Görüş

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər