veten informasiya agentliyi

Ərdoğanın Əliyevə dediyi sözlər Ermənistanı QORXUYA SALDI: Türkiyə Qarabağda...

Tarix:10-07-2017, 13:15
Baxış Sayı:735

Ərdoğanın Əliyevə dediyi sözlər Ermənistanı QORXUYA SALDI: Türkiyə Qarabağda...

















Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə keçirilən 22-ci Dünya Neft Konqresində iştirak edir.

Publika.az xəbər verir ki, Azərbaycan Prezidenti Türkiyəyə səfər çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla ikitərəfli görüş keçirib.

Məlumata görə, görüşdə təmas xəttində baş verənlər, Ermənistanın sonuncu təxribatı, ümumilikdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Görüş haqda “Twitter” səhifəsində məlumat verən Ərdoğan “Qardaşım cənab İlham Əliyevlə ikitərəfli münasibətləri və regional məsələləri müzakirə etdik. Qardaşlığımız güclənərək davam edəcəkdir”, - deyə yazıb.

Azərbaycan-Türkiyə liderlərinin görüşü və Ərdoğanın mesajı iyulun 4-də Füzulinin Alxanlı kəndinə hücum edən və aralarında iki yaşlı uşaq da olmaqla mülki azərbaycanlıları qətlə yetirən Ermənistanda qorxulara səbəb olub.

Erməni siyasi şərhçi Akop Badalyan “lragir” saytında yazır ki, iyulun 4-də baş verən hadisədən sonra Azərbaycan erməni hərbi birləşmələrinin mövqelərinə zərbələr endirdi: “Bu cavab zərbəsi adlandırılırdı, lakin Bakının zərbələrə davam edəcəyi gözləniləndir. Bu baxımdan, İstanbulda Əliyevlə Ərdoğanın baş verənləri müzakirə etməsi təsadüfi deyil. Hesab etmək olar ki, bu müzakirələr təmas xəttində növbəti hadisələrin inkişafını müəyyənləşdirəcək”.

Erməni şərhçi Türkiyənin Azərbaycana dəstək verəcəyini qeyd edib.

“Türkiyə beynəlxalq aləmdə müxtəlif cəbhələrlə mübarizə aparır, bu baxımdan, Bakıya dəstəyin təxirə salınacağını düşünmək olardı. Lakin müzakirələr və çıxışlar Türkiyənin dəstək verəcəyini deməyə əsas verir”, - deyə o bildirib.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı