veten informasiya agentliyi

Mətbuat Şurasında QALMAQAL – İkram Rəhimovla Vüqar Rəhimzadə niyə 'TOQQUŞDU'...?

Tarix:10-09-2017, 11:19
Baxış Sayı:632

Mətbuat Şurasında QALMAQAL – İkram Rəhimovla Vüqar Rəhimzadə niyə 'TOQQUŞDU'...?














BakuNews.Az saytına ŞOK məlumat daxil olub. Məlumatda bildirilir ki, 08.09.2017-ci il tarixində Mətbuat Şurasında Şikayətlərlə Bağlı Komissiyanın iclasında “İki Sahil” qəzetinin baş redaktoru Mətbuat Şurasının idarə heyətinin üzvü Vüqar Rəhimzadə ilə Realliq.info saytının baş redaktoru İkram Rəhimov arasında qalmaqal yaşanıb.

Buna səbəb V.Rəhimzadənin “SOCAR”ın “Kompleks Qazma İşləri Tresti”nin rəisi İsgəndər Şirəlini və onun qardaşı Neftçala rayon Elektrik Şəbəkənin rəisi Vurğun Şirəliyevin hüquqların qoruması olub. Aldığımız məlumatda bildirilir ki, V.Rəhimzadə hər iki məmurun onun dostu olduğunu və Realliq.info saytında onlar haqqında tənqidi materialların çıxarılmasını tələb etdiyi üçün, saytın baş redaktoru İ.Rəhimov etiraz etmiş və Rəhimzadəni Mətbuat Şurasında məmurların hüquqlarını mudafiəçisi kimi ittiham etmişdir. İ.Rəhimov, V.Rəhimzadəyə bildirib ki, MŞ-ni öz maraqlarının obyektinə çerirmək qəbul edilməzdir. Mətbuat Şurasından etibar etdiyimiz mənbə qeyd edilən faktları təsdiq etdi. Və onuda əlavə etdi ki, V.Rəhimzadənin yaxın qohumunun Trestdə işləməsi yaranmış münaqişənin əsas səbəbidir.

Mətbuat Şurasında QALMAQAL – İkram Rəhimovla Vüqar Rəhimzadə niyə 'TOQQUŞDU'...?


Redaksiyamıza daxil olan məlumatda bildirlir ki, İsgəndər Şirəli və onun qardaşı Vurğun Şirəliyev Rəhimzadənin qarşısına tələb irəli sürurlər ki Realliq.info saytı ilə onlar arasında anlaşma əldə olunsun. Lakin İkram Rəhimovun saytına şikayət edən ŞƏHİD ailəsinin hüquqlarının qorunması və Vüqar Rəhimzadənin təkliflərindən imtina etməsi münaqişənin yaranmasına səbəb olub. İkram Rəhimov Şəhid ailəsinin Şirəliyev qardaşları tərəfindən haqsızlığa uğradığını və problemin aradan qaldırılmasını tələb edib. Xatırladaq ki, ŞƏHİD ailəsi də iclasda iştirak edib və V.Rəhimzadə onun çıxışının PROTOKOLa salınmasına etiraz edib.

Mətbuat Şurasında QALMAQAL – İkram Rəhimovla Vüqar Rəhimzadə niyə 'TOQQUŞDU'...?


Bu gün “BakuNews”a daxil olan məlumatda qeyd edilir ki, Realliq.info və ölkənin tanınmış 10 (on) media qurumu V.Rəhimzadənin Mətbuat Şurasında öz şəxsi maraqlarını təmin etmək məqsədi ilə həyata keçirdiyi və sayt rəhbərlərinin hədələnməsiylə nəticələnən, fəaliyyəti ilə bağlı Cənab Prezident İlham Əliyevə eləcədə Mətbuat Şurasının rəhbəri Əflatun Amaşova MÜRACİƏT ünvanlanacaq.

Məsələ ilə bağlı Realliq.info saytının baş redaktoru İkram Rəhimovla əlaqə saxladıq. Baş redaktor bildirdi ki, qısa zamanda rəhbərlik etdiyi saytda bu məsələ ilə bağlı geniş məlumatlar veriləcək.

Mövzunu diqqətimizdə saxlayacağıq.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı