veten informasiya agentliyi

«Ağ şəhər»də «ağ» ediblər: Prezidentin sərəncamını pozurlar

Tarix:17-09-2017, 12:15
Baxış Sayı:806

«Ağ şəhər»də «ağ» ediblər: Prezidentin sərəncamını pozurlar














“Ağ şəhər” və Xətai rayon İcra Hakimiyyətinin məsul əməkdaşları paytaxt sakinlərini dövlət başçısından narazı salır

Redaksiyamıza Xətai rayonu Turşsu küçəsində yaşayan 40 ailədən giley-güzar dolu şikayət məktubu daxil olub. Məktubda bildirilir ki, həmin ailələr artıq 20 ilə yaxındır Babək prospektindəki “Dəniz Mebel” deyilən obyektin arxasında, Turşsu küçəsində, sakinlər arasında “Ərzurum” deyilən ərazilərdə min bir zəhmətlə, balalarının, özlərinin boğazından, əynindən-başından kəsərək zülmlə ev tikiblər.

"Qaynarinfo"ya daxil olan şikayət məktubunda bildirilir ki, Xətai rayon İcra Hakimiyyəti və özünü “Ağ Şəhər” layihəsinin məsul şəxsləri kimi təqdim edən bir neçə nəfər çox az məbləğ ödəyərək bu evləri uçurtmaq istəyirlər. Onların təklif etdiyi vəsaitə normal şəraiti olan ev almaq mümkün deyil. Hətta bəzi şəxslərə pul belə verməkdən imtina edirlər. Evlərin sahələrini də düzgün ölçülmür, yaşayış sahələri real ölçüdən az göstərilir, ticarət məqsədilə tikilən obyektlərə isə ümumiyyətlə pul ödənilməyəcəyi bildirilir. Axı bu obyektlər həmin ailələrin çörəkpuludur. Bəzi sakinlərin hasarları onların evdə olmadığı vaxtlarda fürsət bilinib sökülüb.

"Bu barədə dövlət başçısı İlham Əliyevə, birinci-vitse prezident Mehriban Əliyevaya, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə dəfələrlə məktub yazsaq da, heç bir reaksiya verilməyib. Məktubumuzun birbaşa ünvanına çatdırılmadığından əminik. Ola bilməz ki, dövlət başçımız və digər mötəbər dövlət adamları cənab prezidentin və Mehriban xanımın adından istifadə edilərək camaata zülm olunduğunu bilsinlər və bu faciəyə diqqət göstərməsinlər. Axı dövlət başçısı Azərbaycanın paytaxtında - mərkəzi məhlələrdə sökülən binaların hər kvadrat metri üçün 1500 AZN ödəniləcəyini açıq mətnlə demişdi. Zati-alilərinin bu göstərişini bütün respublika eşitmişdi. Necə ola bilər ki, dövlət başçısı belə bir göstəriş versin, lakin aşağı ranqlı hansısa məmur söküntü üçün ayrılmış pulu mənimsəsin və sonra da birinci-vitse prezident Mehriban Əliyevanın adından danışaraq zati-alilərinin iradəsinə qarşı çıxış etsin. Bu məmurlar belə cəsarəti kimdən və haradan alırlar? Öz ciblərini düşünən həmin “Ağ şəhər”in məsul şəxsləri bu addımları ilə seçiciləri cənab prezidentdən narazı saldıqlarının fərqində deyillərmi, həm də seçkilərə az müddət qalmış? Onlar “kimin dəyirmanına su tökürlər?” Niyə xalqı öz seçdiyi prezidentindən narazı salmaq istəyirlər?" deyə məktubda bildirilir.

“Ağ şəhər” məmurlarının təhdidlərindən cana doymuş, hər an evlərinin söküləcəyi qorxusu ilə gecələyən, sabahı açan sakinlər prezidentdən bu özbaşınalığı dayandırmağı xahiş edirlər. Onlar rəsmi poçtla yolladıqları müraciətlər cavabsız qaldığından mediaya üz tutmağa məcbur qalıblar. Ümid edirlər ki, tezliklə onların müraciətinə müsbət cavab veriləcək. Ancaq mətbautda getmiş məlumatı da dövlət başçısından gizlətsələr, məcbur qalıb pezident Administrasiyasının qarşısına gedərək şikayətlərini birbaşa dövlət başçısının özünə çatdırmağa çalışacaqlarını bildirirlər.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı