veten informasiya agentliyi

Lerik rayon Təhsil şöbəsində 5 müdir var... - Lerikdən ŞOK İDDİA

Tarix:26-09-2017, 10:07
Baxış Sayı:798

Lerik rayon Təhsil şöbəsində 5 müdir var... - Lerikdən ŞOK İDDİA














"Bu rayon yiyəsiz qalıb"

Lerik rayon Təhsil Şöbəsində anarxiya baş alıb gedir. Belə ki, bir müddətdir, rayon təhsil şöbəsinə müdir təyin edilmir.

"Müdir vəzifəsi"ni isə bir neçə nəfər idarə edir.

Korrupsiya yuvasına çevrilmiş və rüşvətin baş alıb getdiyi bu təhsil müəssisəsində sahibsizlik mühiti yaşanır.

Rayon təhsil şöbəsində çalışan şəxslərdən birinin qaynar.info-ya verdiyi məlumata görə, özbaşınlıq sərhəd tanımır və dövlət müəssisəsi özəl mülkiyyət kimi dağıdılır və hərraca çıxarılıb.

"İnspektordan tutmuş adi süpürgəçiyə qədər hamı özünü rəhbər kimi təsəvvür edir. Rayon İcra Hakimiyyəti də bu anarxiyanın qarşısını ala bilmir. Əvvəlki dövründəki nizam-intizamdan əsər-əlamət qalmayıb", - mənbə deyir.

"Təhsil naziri Mikayıl Cabbarov ölkə təhsilinə bundan böyük zərbə vura bilməzdi, bunu da vurub. Hətta məktəblərə göndərilən ləvazimatlar bu anarxiya nəticəsində ünvana çatmır. Yaxın günlərdə Korrupsiyaya qarşı Mübarizə İdarəsi, həmçinin maliyyə və təhsil nazirliyi bu qurumda yoxalama keçirsələr, baş verən anarxiyanın və qanunsuzluğun miqyasını görəcəklər", - təhsil şöbəsinin əməkdaşı bildirir.

Onun sözlərinə görə, yaxın günlərdə bu müəssisəyə müdir təyin edilməsə, vəziyyət bundan da ağır bir duruma düşəcək: "Onsuz da Lerik bir rayon olaraq, yiyəsiz qalıb, təhsil çöbəsinin də bu duruma düşməsi əsl faciə deməkdir".

Maraqlıdır, Lerik rayon Təhsil Şöbəsinə rəhbərlik edənlər kimlərdir? Və kimlər vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər? Bütün bu barədə yaxın günlərdə detallı faktlar açıqlanacaq.

Bizi izləyin...

DYP sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq:
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
Başlıbel faciəsindən 33 il ötür
Başlıbel faciəsindən 33 il ötür
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?