veten informasiya agentliyi

Su nəqliyyatında polis idarəsinin rəisi dələduz müstəntiqi himayə edir

Tarix:25-10-2017, 10:40
Baxış Sayı:799

Su nəqliyyatında polis idarəsinin rəisi dələduz müstəntiqi himayə edir















Bia.az-a daxil olan, adının hallandırılmasını istəməyən mənbənin verdiyi məlumat bizi çaş-baş saldı.
Mənbənin bildirdiyinə görə Nəqliyyatda Baş Polis İdarəsinin Su nəqliyyatında polis idarəşinin Lənkəran şöbəsinin müstəntiqi Natiq Rəhimov Mirəhməd adlı vətəndaşdan 1800 manat rüşvət alaraq, onunla baglı olan cinayət işini xitam edəcəyinə söz vermiş,lakin vədinə əməl etməyərək sənədləri məhkəməyə göndərmişdir. Məhkəmə isə Mirəhmədi bir il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum etməklə, 1050 manat cərimə etmişdir. Mirəhməd,məsələnin bu cür sonluqla bitməsini gözləmədiyindən, polis şöbəsi rəhbərliyinə müstəntiq Natiq Rəhimovdan şikayət etmişdir.Şikayət ərizəsində əsas hədəf,1800 manat pulun geri qaytarılması olmuşdur.Lənkəran su polisi şöbəsinin rəisi Elxan müəllim isə şikayət ərizəsinin araşdırılmasını prokurorluğa göndərmək qərarına gəlmişdir.
Əsl həngamə də bundan sonra başlamışdır. Su nəqliyyatında polis idarəsinin rəisi,polkovnik Naib Əkbərov şöbə rəisinin bu hərəkətindən -yəni şikayət ərizəsini nə üçün prokurorluğa göndərməsindən qeyzlənərək Lənkəran su polisi idarəsinin rəisini yanına cağırmış,onu işdən çıxarmaqla hədələmişdir.
Mənbə qeyd edir ki,polkovnik Naib Əkbərovun dələduz müstəntiqi himayə etməsi təəccüblü deyildir. Çünki, Natiq Rəhimovu Lənkəran şöbəsinə özü təyin edərkən ona "müstəqillik" ixtiyarı vermiş, bunun nəticəsində də, Natiq polis işçisi adına ləkə gətirən hərəkətlərə görə özünü sığortalı hiss etmişdir.
O,şöbə rəisini öz birbaşa tabe olduğu rəhbər kimi də qəbul etməmiş,özünü həmişə "yuxarının" adamı kimi aparmışdır.
Hazırda, polkovnik Naib Əkbərov, Lənkəran şöbəsinin rəisi Elxan müəllimi işdən kənarlaşdırmaq üçün məsələ qaldırmışdır. Burdan belə anlaşılır ki, polkovnik dələduz müstəntiqi cəzalandırmaq əvəzinə, vətəndaşın haqqını düzgün müdafiə edən şöbə rəisini işdən kənarlaşdırmaqla,bir növ -mafiya qaydalarına uyğun şəkildə hərəkət etmiş kimi başa düşülür. Ölkənin polis orqanlarının yüksək vəzifəli əməkdaşının bu cür hərəkətinin, cənab nazir Ramil Usubovun diqqətinə çatacağı şübhə doğurmur. Cünki, biz ondan həmişə ədalətli addımlar görmüşük və yenə də gözləyirik.

AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olundu
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olundu
Sabahın hava proqnozu açıqlandı
Sabahın hava proqnozu açıqlandı
Azərbaycanda məktəblərə yeni model tətbiq olunacaq
Azərbaycanda məktəblərə yeni model tətbiq olunacaq
Əli Əsədov Ünal Üstel ilə görüşdü
Əli Əsədov Ünal Üstel ilə görüşdü
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi
Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi
Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü
Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü
5 ayda 50 minə yaxın qan donoru – Tələb ehtiyacları ÖDƏYİR?
5 ayda 50 minə yaxın qan donoru – Tələb ehtiyacları ÖDƏYİR?