veten informasiya agentliyi

“Metronun üzərindəki ərazi əlimdən alınıb, tikintini biz aparmırıq” — “Şərurlu İsfəndiyar”dan SENSASSİON AÇIQLAMA

Tarix:13-11-2017, 10:18
Baxış Sayı:759

“Metronun üzərindəki ərazi əlimdən alınıb, tikintini biz aparmırıq” — “Şərurlu İsfəndiyar”dan SENSASSİON AÇIQLAMA













“Şərur” MTK-nın sədri, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov Binəqədi rayonu ərazisində yerləşən metronun “Azadlıq prospekti” stansiyasının ətrafında gedən tikinti işlərində adının hallanması məsələsinə münasibət bildirib.
İ.Axundov “Ölkə.Az”-a açıqlamasında deyib ki, sözügedən ərazi ona məxsus deyil:

“Həmin parkda tikintini biz aparmırıq. Orada başqa şirkət iş görür. Ərazidə aparılan tikinti işləri ilə mənim heç bir əlaqəm yoxdur. Bunu hər kəs maraqlanıb öyrənə bilər. Hazırda orada “Kristal Abşeron” tikinti işləri aparır. Öz reklam lövhələrini də vurublar, bunu hər kəs görə bilər”.

İş adamı bir il bundan öncə həmin yerin əlindən aldındığını da söyləyib:
“Əslində, həmin ərazi mənim yerim idi, ancaq bir il bundan qabaq əlimdən alınıb”.

Xatırladaq ki, Binəqədi rayonu ərazisində yerləşən, Bakı metrosunun “Azadlıq prospekti” stansiyasının ətrafında gedən tikinti işləri hər kəsi qorxuya salıb. Buna səbəb isə tikinti proseslərinin metronun üzərində aparılmasıdır.

Yayılan məlumatlara görə, sözügedən parkda tikinti işləri İsfəndiyar Axundovun şirkəti tərəfindən aparılır.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı