veten informasiya agentliyi

Aprel döyüşlərində şəhid olmuş əsgərin atası: “İcra başçısı yas üçün verilən pulu əlimdən alıb” – FOTOLAR

Tarix:4-04-2018, 13:27
Baxış Sayı:655

Aprel döyüşlərində şəhid olmuş əsgərin atası: “İcra başçısı yas üçün verilən pulu əlimdən alıb” – FOTOLAR
















Aprel döyüşlərində şəhid olan Nurlan Abdullayevin atası Zərdab Rayon İcra hakimiyyətinin oğluna qarşı etdiyi hörməsizliyə etiraz edir.

Şəhid atası Rasim Abdullayev Minval.info-ya bildirib ki, rayonun İcra hakimi Lütvəli Babayev şəhidin dəfni üçün ayrılmış pulu mənimsəyib, üstəlik bütün rayon idarələrindən şəhidin baş daşı üçün vəsait toplayıb:

“Oğlum Nurlan məlum 2016-cı ilin aprel döyüşlərində Talışkənddə qəhrəmancasına şəhid olub. Erməninin etdiyi vəhşiliyi təbii qarşılayırıq, çünki onlar bizim tarixi düşmənlərimizdir. Ancaq Zərdab rayon icra başçısı Lütvəli Babayevin bizim ailəyə qarşı etdiyi insanlığa yaraşmayan hərəkətlər bizi çox sarsıtdı. Oğlum Nurlanın yas mərasimini yola vermək üçün Zərdab rayon hərbi komissarı bizim ailəyə 500 manat pul vermişdi.

Həmin pulu icra başçısı məndən aldı ki, oğluna qəbir daşı düzəltdirirəm, ora xərcləyəcəyəm. Lütvəli Babayev şəhid Nurlanın qəbir daşını düzəltdirilməsi adı ilə rayonda bütün idarə müəssisələrdən pul yığdı və çox hissəsini isə özü mənimsədi. Bundan başqa icra başçısı mənim başıma qaxınc edir ki, “Sizə nə köməklik edəcəyəm, oğlunun cəsədini ekspertizada yarmağa mən qoymadım ki, bunun qiyməti 3000 manat edir”.

Şəhid atası oğlunun məzarı başındakı bayrağın da İcra başçısının əmri ilə götürüldüyünü vurğulayıb: “Böyükdəkkə kənd orta məktəbinə oğlum şəhid Nurlanın adının verilməsini istəyirik. Çünki oğlum həmin məktəbdə oxuyub. İstəyirəm ki, şəhid oğlumun adı əbədiləşdirilsin. Zərdab rayon İcra başçısı Lütvəli Babayev bu xahişimizi də rədd edib. O, hətta şəhid oğlumun məzarının çardağının üstünə asılmış Azərbaycan bayrağını oradan çıxartdırdı. Lütvəli Babayevi nə vətən, nə dövlət, nədə ki, şəhid maraqlandırır. Bu adamın amalı ancaq kapital toplamaqdır. Bütün bu haqsızlığa, şəraitsizliyə baxmayaraq oğlumun şəhid olması ilə fəxr edirəm. Lütvəli Babayev zərdablıların yaddaşında talançı, anormal icra başçısı kimi qalsa da, mənim oğlum şəhid Nurlan Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Biz bununla fəxr edib, qürur duyuruq”.

Şəhid atası Aprel döyüşlərinin ikinci il dönümündə medianı və dövlət rəsmilərini onların yaşayış şəraitinin yaxşılaşdırılması və oğlunun adının əbədiləşməsi məsələsinə diqqət yetirmələrini xahiş edir.


Aprel döyüşlərində şəhid olmuş əsgərin atası: “İcra başçısı yas üçün verilən pulu əlimdən alıb” – FOTOLAR

Aprel döyüşlərində şəhid olmuş əsgərin atası: “İcra başçısı yas üçün verilən pulu əlimdən alıb” – FOTOLAR

Aprel döyüşlərində şəhid olmuş əsgərin atası: “İcra başçısı yas üçün verilən pulu əlimdən alıb” – FOTOLAR

Aprel döyüşlərində şəhid olmuş əsgərin atası: “İcra başçısı yas üçün verilən pulu əlimdən alıb” – FOTOLAR

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər