veten informasiya agentliyi

SÜLEYMAN CAMALOVUN HƏYAT YOLU

Tarix:5-06-2018, 11:49
Baxış Sayı:4 018

SÜLEYMAN CAMALOVUN HƏYAT YOLU


























1940 – cı il 26 oktyabr tarixdə Qax rayonunun İlisu kəndində anadan olmuşdur. 1947 – 1957 –ci illərdə həmin kənddə orta məktəbdə oxumuşdur. 1957 – ci ildə Azərbaycan Dövlət Tibb institutunun müalicə - profilaktika fakultəsinə daxil olmuş, 1963 – cü ildə institutu müvəffəqiyyətlə bitirmişdir. 1963 – 1966 – cı illərdə Zakatala rayonunda kənd xəstəxanası və həkim məntəqəsinin müdiri işləmişdir. 1967 - ci ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasına aspiranturaya daxil olmuş, 1970 – ci ildə dissertasiya müdafiə edərək Tibb elmləri namizədi ( indiki adla Tibb elmi üzrə fəlsəfə doktoru ) adını almışdır. 1970 – ci ildən 2011 –ci ilə qədər həmin kafedrada əvvəl assistent sonra dosent vəzifəsində çalışmış, elmi – tədqiqat, müalıcə və pedaqoji fəaliyyətlə məşğul olmuşdur. İxtisasını artırmaq üçün təkmilləşmə kurslarına gələn Respublikamızın həkimlərinə Terapiyanın Kardiologiya, Pulmonologiya, Allerqologiya və Qastroenterologiya bölmələri üzrə mühazirələr oxumuş, seminarlar keçirmiş və praktiki məşğələlər aparmışdır. Həmin illərdə dəfələrlə Moskva şəhərinə ezam olunmuş, Elmi – tədqiqat Kardiologiya və Pulmonologiya institutlarında, həm də Leninqrad şəhərində Hərbi Tibb Akademiyasında olmuş, yeni diaqnostika və müalicə üsullarını öyrənmiş və onları Respublikamızda tətbiq etmişdir. S. Camalov daim elmi –tədqiqatlar aparmış, aldığı nəticələri Respublikamızda və başqa MDB Respublikalarında çıxan Tibbi jurnallarda və elmi konfransların məcmuələrində dərc etdirmiş, həm də keçirilən konfranslarda çıxışlar etmişdir. O, Terapiyanın müxtəlif sahələrinə dair 111 elmi məqalənin, 1 monoqrafiyanın, həkimlər üçün yazılmış 3 metodiki tövsiyyənin müəllifidir. Elmi, Pedaqoji və Həkimlik fəaliyyətində fərqləndiyinə görə S. Camalov “ SSRİ – nin Səhiyyə Əlaçısı”, Respublikanın “Əməkdar həkimi” fəxri adlarına layiq görülmüş, “ XXI –ci əsrin Tanınmış həkimi” adlı Beynəlxalq diplomla və “Qızıl Fonendoskop” diplomu ilə mükafatlandırılmışdır. S. Camalov 2011 – ci ildən indiyə qədər “ŞƏFA – GENETİKA” adlı Müalicə -Diaqnostika Mərkəzində həkimlik fəaliyyətini davam etdirir. O, bədii yaradıcılığa Zakatala rayonunda həkimlik etdiyi zaman başlamışdır. İlk zamanlar müxtəlif qəzetlərdə “ həkim məsləhətləri” dərc elətdirmişdir. 2011 – ci ildən başlayaraq publisist məqalələr yazmağa başlamış, onları “ELİMİZ – GÜNÜMÜZ”, “ YENİ TƏRƏQQİ NAMİNƏ” və “AZAD QƏLƏM” qəzetlərində nəşr elətdirmişdir.

S. Camalov “ XATIRLA MƏNİ” və “ DOĞRU YOLA ÇAĞIRIŞ “ adlı 232 və 208 səhifəlik kitabların müəllifidir.

İranda ballistik raketlərin hazırlanması təklif edilib
İranda ballistik raketlərin hazırlanması təklif edilib
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
​Avropa Parlamenti "Google”dan imtina etdi
​Avropa Parlamenti
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı