veten informasiya agentliyi

Nazirlik rəsmisinə qarşı şok iddia - “Mənə əxlaqsızlıq təklif edib”

Tarix:15-02-2017, 13:51
Baxış Sayı:757

Nazirlik rəsmisinə qarşı şok iddia - “Mənə əxlaqsızlıq təklif edib”












Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsində baş məsləhətçi işləmiş Ülkər Qasımova işdən çıxarıldığı üçün müraciət edib

Şikayətçi İdarə rəisi Hacıqulu Sadıqovun ona əxlaqsızlıq təklif etdiyini və məhz təklifi qəbul etmədiyi üçün işdən çıxarıldığını iddia edir:

“11 il dövlət qulluğunda qanuni işçi kimi fəaliyyət göstərmişəm. Hacıqulu Sadıqov iyun ayında bizə yeni rəis təyin olunandan sonra 15-ə yaxın işçini qanunsuz şəkildə işdən çıxarıb. O, bir dəfə mənə də əxlaqsız bir təklif etdi. Təklifini qəbul etmədiyim təqdirdə işdən azad edəcəyini dedi. Qanuni dövlət qulluqçusu olduğumu və belə asanlıqla işdən azad olunmayacağımı bildirsəm də, dediyindən dönmədi. Oktyabr ayında mən xəstə olarkən bülletenim olduğu halda nazirliyə məktubla müraciət edib və ştatımı bağlatdırıb. Bu barədə mən də nazirə yazsam da, hər hansı bir cavab gəlməyib. Həmin şəxs heç dövlət qulluqçusu da deyil, adi latın əlifbasını da bilmir. Daha bilmirəm, hansı yolla o vəzifəyə qoyulub. Qanunsuz işdən çıxarılan əməkdaşlarımızdan Elxan Hüseynov da H. Sadıqovu məhkəməyə verib və hazırda proses gedir. Müxtəlif qurumlara, prezidentə belə məktub yazmışam. Mən öz haqqımın tapdanmasını istəmirəm”.

Haqqında səsləndirilən iddialarla bağlı Dövlət Qaz Nəzarət İdarəsinin Rəisi Hacıqulu Sadıqovla əlaqə saxladıq. Deyilənləri təkzib edən rəis işdən çıxarılan əməkdaşın ona şər atdığını bildirib:

“İşdən çıxan biri nə deməlidir? Şər atmalıdır da. 57 yaşım var, Ülkər mənim oğlum, qızım yaşındadır. Özü bu yolun yolçusudur deyə, bizə də şər atır. Hətta valideynləri ondan imtina edib. Tam qərəzli mövqedir. İxtisara düşüb, biz ona başqa bir iş təklif etdik, qəbul etmədi. Dünəndən bir neçə sayt bu haqda yazıb, ancaq biri zəng vurub mənim fikrimlə maraqlanmır. Yazıblar ki, latın əlifbasını bilmir, heç maraqlandılar ki, bilirəm ya yox? Bunların hamısı yalandır”. (Qafqazinfo)

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər