veten informasiya agentliyi

Əhəd Abıyev Filiz kombinatını ələ keçirir? – Təfərrüat

Tarix:9-08-2018, 12:04
Baxış Sayı:625

Əhəd Abıyev Filiz kombinatını ələ keçirir? – Təfərrüat















Bir müddət əvvəl prezidentin keçirdiyi konfrasda məsələ qaldırmış Daşkəsənin icra başçısı Əhəd Abıyev filiz kombinatının özəlləşdirilməsi üçün fürsət qazanıb

Əhəd Abıyev üçün Daşkəsəndə filiz kombinatının özəlləşdirilməsinə yaranmış maneələr aradan qalxmaqdadır. Hətta icra başçısı özünə yaxın mediaya məlumatlar sızdırırdı ki, kombinatın dəmirləri Gəncədə tikilən ticarət mərkəzinə daşınır. O, “Baku Cteel Company” zavodunun rəhbəri Rasim Məmmədovun kombinata sahiblənməsində maraqlıydı. Lakin əmlak komitəsinin balansında olan kombinatın özəlləşdirilməsi yubanırdı.

Son zamanlar Ə.Abıyevin mövqelərinin gücləndiyi və hücuma keçdiyi haqda xəbərlər gəlməkdədir. Buna səbəb kombinatın özəlləşməsi tərəfdarı olmayanların mövqelərinin zəifləməsidir. İddialar var ki, Ə.Abıyev fürsətdən sui-istifadə edir.

İcra başçısı kombinatın özəlləşdirilməsi ilə bu müəssisənin gəlirlərinə şərik olmağı hədəfləyib. Kombinatın keçmiş direktoru Ələddin Sadıqovun filizi Gürcüstana su qiymətinə daşıyıb satması haqda informasiyaların da Abıyevə yaxın kanallardan sızdığı, nəhayətdə vəzifəsindən kənarlaşdırılmasına nail olduğu iddiaları var.

Yada salaq ki, məsələ ilə bağlı unikal.org-a danışan Əhəd Abıyev demişdi: “Daşkəsən Filiz Zavodunun işləməsi daşkəsənlilər üçün çox vacibdir. Çünki orada 3 minə yaxın insan çalışır və bu da əhalinin yaxşı yaşaması deməkdir. Rasim Məmmədovun orada tez-tez göüründüyünü və işçilərə yardımlar etdiyini eşitmişəm”.

Xat;rladaq ki, R.Məmmədov “Baku Cteel Company” zavodunun rəhbəridir. Zavod 2001-ci ildə “Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi” məqsədi ilə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsinə qərar verilib və Azərbaycan Polad İstehsalı Kompleksinin tərkibindən çıxarılıb.

Qeyd edək ki, 2016-cı ildə zavod Əmlak Məsələləri Dövlət Komitəsinin balansına keçirilib. İndi də hər iki qurumun rəhbəri Daşkəsən filiz zavoduna iddialıdır.

Ölkə prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə “Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşdirilmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilib və müəssisənin özəlləşdirilməyə çıxarılması üçün 3 ay vaxt qoyulmuşdu.

Mənbə: AzEuroNews.com

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər