veten informasiya agentliyi

Yevlax Rayon İcra Hakimiyyəti Qarabağ əlili və şəhid ailələrinə iylənmiş qurban əti paylayıb. - ŞİKAYƏT VIDEOSU

Tarix:24-08-2018, 12:20
Baxış Sayı:640

Yevlax Rayon İcra Hakimiyyəti Qarabağ əlili və şəhid ailələrinə iylənmiş qurban əti paylayıb. - ŞİKAYƏT VIDEOSU














Yevlax Rayon İcra Hakimiyyəti Qarabağ əlili və şəhid ailələrinə iylənmiş qurban əti paylayıb. Bu barədə Azerbaycanrealligi.com xəbər verir ki, sosial şəbəkədə yayılmış videoya görə Yevlax rayon sakinləri Yevlax Rayon İcra Hakimiyyətinin Qurban bayramı münasibətilə Qarabağ əlil və şəhid ailələrinə payladığı qurbanlıq ətlərin vəziyyətindən çox narazıdırlar. Yevlax rayon sakini üç Qarabağ əlili və şəhid ailəsinə verilən qurbanlıq ətlərini nümayiş etdirərək onlara edilən dırnaqarası "hörməti" təhqir kimi dəyərləndirir. O deyir: "Bu iylənmiş əti bu əziz gündə kim kimin qapısına pay aparar. Qarabağ əlili, şəhid ailəsinə qoyulan hörmətə baxın". Yevlax sakini Qarabağ əlilinin xanımı Yevlax Rayon İcra Hakimiyyətinin belə bir məsuliyyətsiz hərəkətindən şikayətlənərək bu gerçəkliyin sosial şəbəkədə yayılmasını və Qarabağ əlil və şəhidlərin ailələrinə edilən hörmətsizliyin bariz nümunəsinə göz yummamağı, problemi işıqlandırmağı xahiş edir.

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər