gundem - Via.az
<language>tr</language>
<description>gundem - Via.az</description>
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetlərə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak üçün qeydiyyat elan edilib.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlər aprelin 16-dan 29-u saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 18 fevral – 5 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılıb.]]></description>
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib.
Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.
Bundan başqa, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bunun 1 milyon 537 min dollarlıq hissəsi mart ayının payına düşüb.
Ermənistana ixracdan əldə olunan gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1%-ni təşkil edib.]]></description>
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2027-ci ildə əsas kapitala olan investisiyalarda 5,6 faiz, ortamüddətli dövrdə isə orta illik 2,1 faiz artım olacağı, 2026-cı ildən 2028-ci ilin sonuna doğru neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında artım proqnozlaşdırılır.
Publika.az Maliyyə Nazirliyinin 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsinə istinadla xəbər verir ki, İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə cari il üzrə 5,5 faiz proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2030-cu ildə 4,6 faiz olacağı gözlənilir. Proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2030-cu ildə 135,4 milyard manata, xərclərinin isə 133,6 milyard manata qədər yüksəlməsi gözlənilir.
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2027-2030-cu illər üzrə manatın dollara qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.(FED.az)]]></description>
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Azərbaycanda aprelin 19-25-də “İmmunlaşdırma həftəsi” keçiriləcək.
Bu barədə  Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.
Əmrə əsasən respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” çərçivəsində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan rayonlarda monitorinqlərin aparılması, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili nəzərdə tutulur.
“İmmunlaşdırma Həftəsi” zamanı bir sıra rayonlarda sil-silə tədbirlərin keçirilməsi planlaşdırılır. Həmçinin, respublikanın tibb idarə və müəssisələrində əhaliyə paylanması üçün müxtəlif mövzularda poster və yaddaş vərəqələri hazırlanıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən hər il Avropa regionunda “İmmunlaşdırma həftəsi” keçirilir və Azərbaycan Səhiyyə Nazirliyi də bu tədbirə qoşulur.]]></description>
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakının Sabunçu rayonunda ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasova 15 il müddətə, onunla birgə təqsirləndirilən Zahir Soltanov isə 18 il müddətə azadlıqdan məhrum ediliblər.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Leyla Abbasovanın 17 il, Zahir Soltanovun isə 19 il müddətinə azadlıqdan məhrum edilmələrini istəmişdi.
Qeyd edək ki, hadisə 2025-ci ilin avqust ayında baş verib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 29 yaşlı İkram Piriyevi Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirməkdə şübhəli bilinən onun həyat yoldaşı Leyla Abbasova və tanışı Zahir Soltanov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Zahir Soltanova qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), Leyla Abbasovaya qarşı isə 32, 120.2.9-ci maddəsi ilə yekun ittiham irəli sürülüb.]]></description>
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya yanvar-fevral aylarında Türkiyəyə boru kəməri ilə qaz tədarükünü ötən ilin eyni dövrü ilə müqayisədə 27% azaldıb.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatında bildirilir.
Fevral ayında Rusiya qazının idxalı "Türk Axını" və "Mavi Axın" boru kəmərləri ilə təxminən 1,09 milyard kubmetr təşkil edib.
Ümumilikdə, ilin ilk iki ayında tədarük həcmi 3,8 milyard kubmetrə çatıb.]]></description>
DSMF-nin gəlir və xərcləri artdı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin I rübündə proqnozla müqayisədə 9 faiz və ya 183 mln. manat çox olmaqla 2 mlrd. 132 mln. manat təşkil edib.
Bu barədə  ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 3 faiz və ya 41 mln. manat artaraq 1 mlrd. 559 mln. manat olub.
Bu ilin 3 ayında DSMF-nin xərcləri isə 2 mlrd. 53 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 189 mln. manat çoxdur.]]></description>
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyənin Şanlıurfa və Kahramanmaraş bölgələrində məktəb hücumları ilə əlaqədar araşdırmalar davam edir.
Araşdırmalar çərçivəsində 83 nəfər saxlanılıb, 940 sosial media hesabına giriş bloklanıb və 93 “Telegram” qrupu bağlanıb.
Qeyd edək ki, aprelin 14-də Şanlıurfa, aprelin 15-də isə Kahramanmaraşda yerləşən məktəbdə atışma baş verib. Kahramanmaraşda 8-ci sinif şagirdi 9 nəfəri öldürüb, daha sonra isə intihar edib. Şanlıurfada isə şagird 16 nəfəri yaraladıqdan sonra özünü öldürüb.]]></description>
Jirinoviskinin İran müharibəsi haqda 7 il öncə dedikləri baş verir - Dəhşətli proqnozlar
Ölümündən sonra proqnozlarının doğru çıxması ilə gündəmə gələn rusiyalı siyasətçi Vladimir Jirinoviskinin İran müharibəsi ilə bağlı öncədən dedikləri diqqət çəkib.
 Jirinoviski hələ 2019-cu ildə İran müharibəsi ilə bağlı proqnoz vermişdi. Müharibənin başlanmasından sonra baş verənlər rusiyalı siyasətçinin böyük ölçüdə haqlı çıxdığını deməyə əsas verir.
Onun proqnozuna görə, İsrail İranın nüvə obyektlərini bombalayacaq, sonra “böyük qardaş” – ABŞ müdaxilə edəcək və NATO-nu da prosesə qoşacaq: “Dəhşətli silahlardan istifadə ediləcək, hətta taktiki nüvə silahının işə salınması da ola bilər”.
Hazırda Jirinoviskinin dedikləri yaşanır. İsrail və İran arasında 12 günlük müharibədən sonra ABŞ prosesə qoşuldu, müharibə başlandı. 40 günə qədər davam edən müharibədə atəşkəs əldə olunsa da, sülh perspektivi dumanlı görünür və eskalasiyanın yenidən başlayacağı, daha genişmiqyaslı olacağı gözləniləndir.
Jirinoviski hesab edirdi ki, neft qiymətləri cidi şəkildə artacaq: “ABŞ İrana zərbə endirsə, neft qiyməti 300 dollara qədər qalxacaq. Avropa İttifaqı və Çinin iqtisadiyyatı çökəcək”.
Müharibə başladıqdan, xüsusilə İranın Hörmüzü bloklamasından sonra dünya bazarında neftin qiymətində kəskin artım baş verdi. Ekspertlər qiymətin 200 dollara yüksələcəyini proqnozlaşdırırdılar. Lakin atəşkəsin əldə olunması və danışıqların başlanması bazarı müəyyən qədər tənzimləyib. Hər şey danışıqlardan asılı olacaq. Ki, anlaşma ehtimalları zəifdir. Eskalasiyanın yenidən başlanması neft qiymətini ən azı 200 dollara qədər yüksəlməsinə səbəb ola bilər.
Jirinoviskinin proqnozuna görə, İranda müharibə başladıqdan sonra milyonlarla qaçqın şimala – Cənubi Qafqaza, daha sonra Rusiyaya axın edəcək.
İran daxilində üç milyon insanın ölkənin fərqli bölgələrinə axın etdiyi haqda məlumatlar var. Müharibə davam edərsə, qaçqın axını sərhədləri aşacaq.
Jirinoviski İran müharibəsinin başlanğıc olacağını və Üçüncü Dünya Müharibəsinə yol açacağını düşünürdü.]]></description>
Qətliam törədən yeniyetmələri birləşdirən ŞOK DETAL - Hər ikisi...
Türkiyənin Şanlıurfa və Kahramanmaraş şəhərlərində ard-arda baş verən məktəb hücumları ölkəni yasa boğub.
İki faciəvi hadisə nəticəsində ümumilikdə 1 müəllim və 8 şagird həyatını itirib, 33 nəfər isə yaralanıb.
Cinayətkarlarla bağlı aparılan araşdırmalar zamanı diqqətçəkən bir bənzərlik üzə çıxıb. Hər iki şəxsin uzun saatlar boyu eyni kompüter oyununu oynadığı müəyyən edilib. Hüquq-mühafizə orqanlarının apardığı təhqiqat nəticəsində məlum olub ki, hər iki cinayətkar uzun müddət şiddət tərkibli "PUBG" oyununun aludəçisi olub. Mütəxəssislər bu növ oyunların xüsusilə azyaşlılar tərəfindən nəzarətsiz oynanılmasının böyük risk daşıdığını bildirirlər.
Xatırladaq ki, çərşənbə axşamı Şanlıurfada baş verən hadisədən qısa müddət sonra bənzər dəhşət Kahramanmaraşdakı bir orta məktəbdə yaşanıb. Aprelin 14-də Şanlıurfanın Siverek rayonundakı Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində törədilən silahlı hücumda 4-ü müəllim olmaqla, 16 nəfər yaralanıb. Bu hadisədən cəmi 24 saat sonra Kahramanmaraşın Onikişubat rayonunda yerləşən Ayser Çalık Orta məktəbində qanlı qətliam törədilib.
Məktəbin 8-ci sinif şagirdi İsa Aras Mersinli təqaüddə olan polis rəisi atasının 5 silahı və 7 sandıqçası ilə məktəbə gələrək atəş açıb. İki sinfi hədəf alan hücumda riyaziyyat müəllimi Ayla Kara və 8 şagird həlak olub, 17 nəfər yaralanıb.]]></description>