veten informasiya agentliyi

Azərbaycana gətirilən tonlarla kividə zərərli maddələr aşkarlandı

Tarix:9-11-2018, 11:31
Baxış Sayı:527

Azərbaycana gətirilən tonlarla kividə zərərli maddələr aşkarlandı














İdxal olunan 10,4 ton kivi məhsulunda zərərli orqanizmlər aşkar olunub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, İrandan noyabrın 5-də fitosanitar sertifikatla ölkəyə, “Güllü-80” MMC-nin ünvanına göndərilməsi nəzərdə tutulan 10,4 ton kivi məhsuluna fitosanitar karantin baxışı keçirilərkən, həmin məhsulun zərərli orqanizmlərlə sirayətlənməsi ehtimal olunub və məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib.

Qeyd olunan məhsuldan götürülmüş nümunələrdə karantin tətbiq edilən zərərli orqanizmlərdən Tut qalxanlı yastıcası (Pseudolaspis pentagona) aşkar edilib. Bildirilir ki, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə uyğun olaraq idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduğu halda, onların ölkə ərazisinə idxal olunmasının və yayılmasının qarşısının alınması məqsədilə müvafiq fitosanitar tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Tut qalxanlı yastıcası kivi ilə yanaşı, bir sıra dekorativ və meyvə bitkilərinə, o cümlədən, tut, şaftalı, ərik, gilas, qoz, badam, alma, armud və digər ağaclara ziyan vura bilir. Zərərverici əkin və calaq materialları, meyvələr, yarpaqlar, qablaşdırılmış materiallar, nəqliyyat vasitələri, bir yerdən başqa yerə daşınan odun, çör-çöp ilə, heyvanlarla, küləklə, suvarma kanalları və digər vasitələrlə yayıla bilir.

AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olundu
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olundu
Sabahın hava proqnozu açıqlandı
Sabahın hava proqnozu açıqlandı
Azərbaycanda məktəblərə yeni model tətbiq olunacaq
Azərbaycanda məktəblərə yeni model tətbiq olunacaq
Əli Əsədov Ünal Üstel ilə görüşdü
Əli Əsədov Ünal Üstel ilə görüşdü
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi
Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi
Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü
Şəmkirdə kafedə qanlı dava - 27 yaşlı gənc öldürüldü
5 ayda 50 minə yaxın qan donoru – Tələb ehtiyacları ÖDƏYİR?
5 ayda 50 minə yaxın qan donoru – Tələb ehtiyacları ÖDƏYİR?