veten informasiya agentliyi

Kredit borcu olanlara şad xəbər

Tarix:1-07-2017, 11:18
Baxış Sayı:633

Kredit borcu olanlara şad xəbər

















"Konstitusiya Məhkəməsi hələ 2012-ci ildə borcu ödəyə bilməyənin həbsini yasaq edib. Amma məhkəmələr bununla hesablaşmır"

Bu barədə bank və maliyyə məsələləri üzrə tanınmış ekspert Əkrəm Həsənov "Facebook" səhifəsində yazıb. O bildirib ki, Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair" 2 oktyabr 2012-ci il tarixli Qərarında sırf borcun ödənilməsi məsələsi üzrə məhkəmə aktının qərəzli icra edilməməsinin 5 mütləq əlaməti sadalanır:

1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi;

2) borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi;

3) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi;

4) borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi;

5) borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması.

Ə.Həsənov əlavə edib: "Göründüyü kimi, "borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması" məhkəmə aktının qərəzli icra edilməməsinin mütləq əlamətidir (bütün əlamətlərin mövcudluğunu da təbii, borclu deyil, onu ittiham edən sübut etməlidir). Yəni sadalanan digər 4 əlamət mövcuddursa belə, amma borclunun borcu ödəməyə faktiki imkanı yoxdursa, burada hər hansı qərəzdən və məsuliyyətdən söhbət gedə bilməz".

Ekspertin sözlərinə görə, təbii, analoji yanaşma İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati həbslərə də aiddir: "Çünki orada da söhbət məhkəmə aktının üzrsüz icra edilməməsindən gedir. Borclunun imkanı yoxdursa, deməli, üzrlüdür və heç bir məsuliyyətə cəlb oluna bilməz". (Qaynarinfo)

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı