veten informasiya agentliyi

Hökumətdən cəbhədəki vəziyyətlə bağlı - Açıqlama

Tarix:25-02-2017, 13:17
Baxış Sayı:669

Hökumətdən cəbhədəki vəziyyətlə bağlı - Açıqlama

















Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini- icra katibi Əli Əhmədov ötən gündən başlayaraq ermənilərin cəbhədə vəziyyəti gərginləşdirməsinə və Azərbaycan ordusunun mövqelərinə hücum etməsinə münasibət bildirib

Report-un məlumatına görə, Ə.Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, ermənilərin müxtəlif bəhanələrlə cəbhədə tez-tez təxribatlar törətməsi ilk dəfə baş vermir: “Təəssüf hissi ilə qeyd edirəm ki, erməni tərəfi təxribatlar törətmək vərdişindən əl çəkməyib. Heç görünür əl çəkmək də istəmirlər. Bu günə qədər ermənilər təxribatlar vasitəsilə aranı qarışdıraraq öz niyyətlərinə çatmağa cəhdlər göstəriblər”.

O bildirib ki, cəbhədə belə bir təxribatın məhz Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində törədilməsi ermənilərin təxribatçı, araqarışdıran xislətindən xəbər verir: “Qəti inanıram ki, Azərbaycan ordusu, qəhrəman əsgərləri həmişə olduğu kimi indi də erməni təxribatına layiqli cavab verəcəklər. Ermənilər də itkilər verərək törətdikləri təxribata görə peşmanlıq hissləri keçirəcəklər. Azərbaycan ordusu kifayət qədər güclü və qətiyyətlidir, döyüş qabiliyyəti yüksəkdir. Ordumuz nəinki hansısa bir təxribatlara, eləcə də daha geniş miqyaslı döyüşlərə və bu döyüşlərdən qalib çıxmağa hazırdır”.

İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə sessiyasının iştirakçılarını WUF13-ə dəvət etdi
İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə sessiyasının iştirakçılarını WUF13-ə dəvət etdi
Bu gün biz sülhün bəhrəsinin şahidiyik - Prezident
Bu gün biz sülhün bəhrəsinin şahidiyik - Prezident
Saat 10:00-dan etibarən Bakının bu ərazilərində qaz KƏSİLİR
Saat 10:00-dan etibarən Bakının bu ərazilərində qaz KƏSİLİR
Sürücülərin NƏZƏRİNƏ: 9 küçə istiqamətində əsas yollar…
Sürücülərin NƏZƏRİNƏ: 9 küçə istiqamətində əsas yollar…
İranda Hörmüz boğazına görə PARÇALANMA BAŞLADI
İranda Hörmüz boğazına görə PARÇALANMA BAŞLADI
Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr dərinləşdirilir
Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr dərinləşdirilir
Daha bir UNO tədqiqatçısının MÜƏMMALI ÖLÜMÜ - "Səni elə basdıracaqlar ki..."
Daha bir UNO tədqiqatçısının MÜƏMMALI ÖLÜMÜ -
ABŞ-da təyyarə evə çırpıldı - Ölən var
ABŞ-da təyyarə evə çırpıldı - Ölən var