veten informasiya agentliyi

Qarabağda yeni həll planı - ABŞ-dan açıqlama

Tarix:28-03-2017, 10:34
Baxış Sayı:915

Qarabağda yeni həll planı - ABŞ-dan açıqlama












Qarabağ münaqişəsinin həlli üzrə Lavrov planı yoxdur, əvvəlki planların təkmilləşdirilmiş variantı var.

İstipress xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədrini müvəqqəti əvəz edən Riçard Hoqland bildirib.

“Bu illər ərzində müxtəlif planlar olub, indi isə masanın üstündə olan müxtəlif planların düzəldilmiş, təmizlənmiş varinatıdır. Bu, əvvəlki təkliflərin təkrarlanması deyil. Yeni planda tərəflər üçün əlverişli olan yeni yollar, yeni həllər yer alıb”,- deyə Hoqland vurğulayıb.

Onun sözlərinə görə, tərəflər hələ ayrı-ayrı məsələlər üzərində işləyirlər, şərait yarananda prezidentlər görüşüb razılaşdırılmamış məsələləri müzakirə edəcəklər. Onun sözlərinə görə, bu, “Lavrov planı” deyil: “Dövriyyədə olan plan var: o, üç hissədən ibarətdir. Amma onun detallarını açmaq yerinə düşməz. Tərəflər onun üzərində işləyir”.

Beynəlxalq Avrasiya hərəkatının lideri Aleksandr Duqin Ermənistanın "1in.am" portalına müsahibəsi zamanı münaqişənin həlli üzrə Rusiyanın "Lavrov planı" adlandırılan həll variantının detallarını açıqlamışdı:

“Lavrov planı status-kvonun hüquqi vəziyyətdə saxlanması əvəzində Ermənistan tərəfindən Qarabağ ətrafındakı rayonların geri qaytarılması deməkdir. Bundan sonra vəziyyət bütün nəzər nöqtələr çərçivəsində normallaşdırılacaq və biz daha sakit, uzun dövrə girəcəyik”.

Duqinin təsvir etdiyi variant münaqişənin Madrid prinsipləri ilə həlli üzrə Azərbaycanın təklif etdiyi varianta çox yaxın idi. Madrid prinsiplərinə görə, Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağın statusunun 5 ildən sonra keçiriləcək referendum əsasında müəyyən etməyi təklif edir. Həmin müddət ərzində regiona sülhməramlılar yerləşdirilməli və qaçqınlar geri qaytarılmalıdır.

Ermənistan bununla razılaşmır və Dağlıq Qarbağın statusunun 1 ildən sonra müəyyən edilməsini tələb edir. Azərbaycan isə Dağlıq Qarabağın statusunun 20 ildən sonra müəyyən edilməsini tələb edir. Erməni tərəfinin tələskənliyi Dağlıq Qarabağın erməni əhalisinin Azərbaycanın tərkibində qalmağa səs verəcəyi ilə bağlıdır. Erməni ekspertlər düşünür ki, Azərbaycan regiona böyük sərmayələr yatırmaqla erməni əhalinin maddi vəziyyətini xeyli yaxşılaşdıra bilər, həmçinin bölgənin demoqrafik durumu azərbaycanlıların xeyrinə dəyişə bilər.

Yeni planın nələri əhatə etməsi açıqlandıqdan sonra məlum olacaq. Azərbaycanın plana reaksiyası da yalnız bundan sonra məlum olacaq.

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər