veten informasiya agentliyi

"Aprel döyüşləri dövlətimizin gücünü göstərən qələbədir" - İlham Əliyev

Tarix:31-03-2017, 13:58
Baxış Sayı:801

"Aprel döyüşləri dövlətimizin gücünü göstərən qələbədir" - İlham Əliyev







Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir.

Aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək.

Bu fikirləri Prezident, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə bildirib.

Dövlətimizin başçısı deyib ki, aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək.

Prezident vurğulayıb ki, aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir.

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər