veten informasiya agentliyi

Nazirlər Kabinetinə yeni səlahiyyət verildi: Tələbə qəbulu planını bu qurum müəyyən edəcək

Tarix:19-04-2017, 10:32
Baxış Sayı:680

Nazirlər Kabinetinə yeni səlahiyyət verildi: Tələbə qəbulu planını bu qurum müəyyən edəcək














Nazirlər Kabinetinin təhsil sahəsində səlahiyyətləri artırılıb. Bu, Azərbaycan prezidenti İlham Əliyevin 9 mart 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın ləğv edilməsi ilə əlaqədardır

Bununla bağlı Nazirlər Kabineti "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında”, "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları” və "Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi” barədə qərarlarında dəyişiklik edib.

"Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərara əsasən Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının təqdim etdikləri təkliflər əsasında ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrinə hər tədris ili üzrə tələbə qəbulunun planı barədə təkliflərini həmin ilin aprel ayının 1-dək Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim etməli idi. Dəyişikliyə əsasən Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının təqdim etdikləri təkliflər əsasında ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrinə hər tədris ili üzrə tələbə qəbulunun planını həmin il aprelin 1-dək müəyyən edəcək.

"Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən Azərbaycan vətəndaşlarının rezidenturaya qəbul planı hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Səhiyyə Nazirliyinin təklifləri və Nazirlər Kabinetinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müəyyən edilib. Dəyişikliyə əsasən Azərbaycan vətəndaşlarının rezidenturaya qəbul planı hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Səhiyyə Nazirliyinin təklifləri əsasında Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

"Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı müvafiq dövlət, həmçinin ayrı-ayrı müəssisə və təşkilatların sifarişi əsasında orta ixtisas təhsili müəssisəsinin imkanları nəzərə alınmaqla, orta ixtisas təhsili müəssisələrinin və tabeliyində orta ixtisas təhsili müəssisələri olan nazirlik və təşkilatların təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müəyyənləşdirilib. Dəyişikliyə əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı müvafiq dövlət, həmçinin ayrı-ayrı müəssisə və təşkilatların sifarişi əsasında orta ixtisas təhsili müəssisəsinin imkanları nəzərə alınmaqla, orta ixtisas təhsili müəssisələrinin və tabeliyində orta ixtisas təhsili müəssisələri olan nazirlik və təşkilatların təklifləri əsasında Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək.

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər