veten informasiya agentliyi

ŞOK!!! “Azərbaycanda ölüm hökmü…” - Deputat

Tarix:21-04-2017, 09:38
Baxış Sayı:558

ŞOK!!! “Azərbaycanda ölüm hökmü…” - Deputat















Türkiyədə konstitusiyaya dair dəyişikliklərlə bağlı referendumdan sonra müzakirəyə çıxarılan məsələlərdən biri də ölüm hökmünün bərpasıdır

Bu ölkədə son ölüm hökmü 1984-cü ildə icra olunub. 2004-cü ilin mayında Avropa İttifaqına daxil olmaq üçün standartlara uyğunlaşmaq məqsədi ilə bu hökm ləğv olunub.

Türkiyə parlamenti ölüm hökmünün bərpa olunmasına dair qanun layihəsini qəbul etməzsə, ölkədə referendum keçirilə bilər.

Artıq bu istiqamətdə müəyyən işlər aparılır. Nəzərə alaq ki, Azərbaycanda da son zamanlar dəhşətli qətllərin artması ölüm hökmünün bərpasını gündəmə gətirib.

Azərbaycanda da bu qanunun bərpası gözlənilirmi?

Millət vəkili Fazil Mustafa açıqlamasında ölüm hökmünün labüd olduğunu deyib. Lakin Azərbaycan beynəlxalq arenada üzərinə götürdüyü öhdəliklərə görə hələlik bu hökmü bərpa edə bilməyəcək:

“Azərbaycan Avropa Şurası qarşısında öhdəliklər götürdüyü üçün ölüm hökmünü bərpa edə bilməz. Bəlkə də gələcəkdə Avropa Şurasının üzvlərinə müəyyən fərqli yanaşmalar olsun. Lakin indiki halda bu məsələ aktual deyil. Avropa Şurasının üzvü olmadığımız halda müstəqil qərar verə bilərdik”.

Millət vəkilinin sözlərinə görə, ölkədə baş verən bəzi arzuolunmaz hadisələr ölüm hökmünü labüd edib: “Düşünürəm ki, körpələrə, hamilə qadınlara göstərilən amansızlığın qarşısını almaq üçün ölüm hökmünün bərpası labüddür”. (Cebhe.info)

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər