veten informasiya agentliyi

Prezident o ailəyə maddi yardım ayrılması üçün - Sərəncam verdi

Tarix:21-12-2016, 14:08
Baxış Sayı:879

Prezident o ailəyə maddi yardım ayrılması üçün - Sərəncam verdi

















Xəbər verdiyimiz kimi, noyabrın 29-da paytaxtın Nizami rayonu ərazisində Elşən Süleymanov küçəsi, 49 ünvanında yerləşən tikintisi yarımçıq qalmış binada yanğın baş verib. Baş verən faciə nəticəsində 4 nəfər ailə üzvü 1983-ci il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlu həlak olmuşdu.

AzerTac xəbər verir ki, prezident İlham Əliyevin sərəncamı ilə Füzuli rayonundan olan məcburi köçkün Əkbər Babaşovun ailəsinə Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, birdəfəlik maddi yardım ayrılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov dekabrın 16-da dövlət tərəfindən ayrılmış birdəfəlik maddi yardımı Əkbər Babaşova təqdim edib. O, bildirib ki, məcburi köçkünlərin məskunlaşdığı və yanğın baş vermiş həmin ərazi özəl şirkətlərin biri tərəfindən alındığı üçün hazırda Nizami Rayon İcra Hakimiyyəti tərəfindən həmin şirkətlə danışıqlar aparılır.

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər