veten informasiya agentliyi

Prezidentin “kəmərləri bərkitmək” prinsipi hansı effekti verdi? - Detallar

Tarix:5-05-2017, 09:15
Baxış Sayı:598

Prezidentin “kəmərləri bərkitmək” prinsipi hansı effekti verdi? - Detallar

















Dünya bazarında enerji qiymətləri üç dəfə aşağı enib; Əsas iqtisadi-ticari tərəfdaşlarımızın iqtisadiyyatı ciddi tənəzzül yaşayır...

Valyutaların tam dəyərdən düşməsi Azərbaycan büdcəsinin gəlirlərinə və manatın məzənnəsinə mənfi təsir göstərib.

Son iki il ərzində ölkə iqtisadiyyatı “kəmərləri bərkitmək” prinsipi əsasında qənaət və səmərəli xərclər rejiminə keçib.

Yeni makroiqtisadi vəziyyətə adekvat olaraq prezident son illərdə təxirəsalınmaz tədbirlər planı hazırlayıb.

Qlobal iqtisadi təlatümlərdən sığortalanmaq məqsədilə qanunvericiliyin təkmilləşməsindən sosial-iqtisadi sahədə böyük instutisional dəyişikliyə və məzmun yeniliklərinədək vacib təşəbbüslərə imza atılıb.

Ötən dövrdə bu sahədə həyata keçirilən işlərin ilkin nailiyyətləri artıq müşahidə olunur və daha mühüm nəticələrin qazanılacağına təminat yaradır.

Bunun ardınca Prezidentin yanında və mərkəzi, yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şurası yaradılıb.

Həmçinin Maliyyə Sabitliyi Şurasının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin, Mənzil İnşaatı Dövlət Agentliyi təsis olunub.

“ASAN Kommunal” mərkəzlərinin, “ASAN Viza” və “ABAD” publik hüquqi şəxsin və digər bu kimi qurumların yaradılması, “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı kompleks hüquqi sənədlərin qəbul olunub.

O cümlədən Azərbaycanda istehsal olunan malların vahid məlumat bazasının formalaşması kimi addımlar müasir dövrün çağırışlarına cavab verməklə yanaşı, ölkə rəhbərinin apardığı genişmiyqaslı islahatların səmərəliliyini təsdiq edir.

Ulus.Az xəbər verir ki, İlham Əliyev iqtisadi islahatlar kursunun əsas hədəflərini müəyyənləşdirib.

Biznes mühitinin yaxşılaşdırılması üçün sahibkarlara daha da böyük dəstək veriləcək. Xarici sərmayəni daha da böyük həcmdə cəlb etmək üçün hüquqi baza, şəffaf iqtisadi-maliyyə sistemi daha da təkmilləşdiriləcək.

İnvestisiyaların təşviqi, bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması, manatın məzənnəsinin sabitləşdirilməsi istiqamətində tədbirlər davamlı olacaq.

Kənd təsərrüfatının inkişafına yönələn səylər artırılacaq, məhsulların ixracı sürətləndiriləcək, bölgələrdə istifadəsiz qalan torpaqların səmərəli istifadəsi təmin ediləcək.

On minlərlə ailənin maraqlarına cavab verəcək sosial mənzil layihəsinin hazırlanıb artıq icraya yönəldilməsi tezləşdiriləcək. Əhalinin məşğulluq probleminin həllinə töhfə verəcək dövlətin kompleks tədbirlər proqramı tezliklə yekunlaşacaq.

Müxtəlif istiqamətlər üzrə hazırlanan nəqliyyat dəhlizləri layihələrinin tam işə düşməsi və tranzit daşımalarının səmərəli həyata keçirilməsi üçün dövlət tərəfindən təşəbbüslər daha da artırılacaq.

İqtisadi vəziyyətimiz yaxşılaşır. Keçən il iqtisadi sabitləşmə, dərin iqtisadi islahatlar ili idi. Bu islahatlar öz bəhrəsini verməyə başlayıb.

Bu il isə artıq inkişaf ilidir. İlin iki ayının göstəriciləri bunu təsdiqləyir. Böyük olmasa da, iqtisadi artım var.

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər