veten informasiya agentliyi

İlham Əliyev və birinci xanım yeni körpünün açılışında - Fotolar

Tarix:11-05-2017, 12:32
Baxış Sayı:700

İlham Əliyev və birinci xanım yeni körpünün açılışında - Fotolar

















Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər

"Azəravtoyol" ASC-nin prezidenti Saleh Məmmədov dövlətimizin başçısına Pirallahı körpüsü və yanaşma yolları barədə məlumat verdi. Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 442, eni 14, hərəkət zolağının eni isə 12 metrdir.

Dövlətimizin başçısı yeni körpünün rəmzi açılışını bildirən lenti kəsdi.

Həmçinin dövlət başçısı Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışı olub.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Məlumat verildi ki, uzunluğu 8 kilometr olan dördzolaqlı yolun yenidənqurmadan sonra eni 18 metrə çatdırılıb. Yenidən qurulan bu yol qəsəbə sakinlərinin Heydər Əliyev prospekti vasitəsilə Bakı şəhərinin mərkəzinə, eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh və digər qəsəbələrə rahat çıxışına imkan yaradır.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi və avtomobili idarə etdi.

Sonda xatirə şəkli çəkdirildi.


İlham Əliyev və birinci xanım yeni körpünün açılışında - Fotolar

İlham Əliyev və birinci xanım yeni körpünün açılışında - Fotolar

İlham Əliyev və birinci xanım yeni körpünün açılışında - Fotolar

İlham Əliyev və birinci xanım yeni körpünün açılışında - Fotolar

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər