veten informasiya agentliyi

"Əsədov xalqa at, eşşək əti satdırır" - Nazirə sərt ittihamlar

Tarix:16-05-2017, 13:06
Baxış Sayı:582

"Əsədov xalqa at, eşşək əti satdırır" - Nazirə sərt ittihamlar

















Mən bir ildən artıqdır ki, Heydər Əsodovun xəyanətləri barədə xalqa məlumatlar verirəm. Çox təəssüflər olsun ki bu informasiyalarıma göz yuman qüvvələr var"

Bunu moderator.az -a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə, Heydər Əsədovun İngiltərədə oxuyan oğlu Asif Əsədliyə məxsus 90 HO 505 nömrəli Porşe marakalı avtomobillə Londonda avtoşluq etməsi qudurğanlıqdır:

"İngilətərədə heç bir məmurun, biznesmenin oğlunun etmədiyi qələti Heydər Əsədovun oğlu edir. Görün o, nə qədər özündən çıxıb ki, avtomobilini təyyarəyə qoyub Londona aparır. Onun Londonun küçələrində avtoşluq etməsi qudurğanlıqdır. Əsədov baytarlıq idarəsinin rəis əvəzindən 4 milyon pul alır. Bu onun kiçik bir sahədən mənimsədiyi puldur. Oğluna ayırdığı pullar belə yerlərdən gəlir ona. Əsədov xalqa at, eşşək əti satdırır. O, ermənilərlə müqavilə bağlayaraq Ermənistandan Azərbaycana zərərli dərmanlar gətirir. Əsədov Kənd Təsərüfatına ayrılan subsisiyaları basıb yeyir. O, bununla kifayətlənməyib vəzifədən qovulan Ziya Məmmədovla birgə əməkdaşlıq edərək prezidentə xəyanət etməklə məşğuldur. Mən üzümü qardaşım İlham Əliyevə tuturam, göründüyü kimi dediklərim özünü tam olaraq doğrultmaqdadır. Ölkəni çapıb-talayan Əsədovun oğlunun bu hərəkəti birbaşa Azərbaycana və onun simvoli hesab olunan prezidentinə qarşı yönəlir. Bu şəxslər ölkəmizin pulunu çapıb-talamaqla yanaşı həmçinin ölkə başçısına qarşı olan koalisiyaya qoşulub orada milyonlar xərcləyir. Bu gün Əsədovdan və Məmmədovdan hesabat tələb olunmalıdır. Bu şəxslər Azərbaycanın sərvətlərini talayırlar. Bu aysberqin görünən hissəsidir. Onların sərvətlərinin sayı hesabı yoxdur. Hesab edirəm ki, Ziya Məmmədov və Heydər Əsədov həbs olunmalı, onlarda olan pullar xalqımıza qaytarılmalıdır. Bu şəxslərin qardaşım İlham Əliyevin dalınca danışmasına dair bizə tez-tez informasiyalar daxil olur. Biz bunu sübut etməyə də hazırıq."

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər