veten informasiya agentliyi

“Allah bütün müsəlmanları qorusun” - Mehriban Əliyeva

Tarix:23-05-2017, 12:24
Baxış Sayı:609

“Allah bütün müsəlmanları qorusun” - Mehriban Əliyeva

















"Azərbaycan növbəti tarixi qələbəyə imza atdı. Bu Oyunların Azərbaycanda keçirilməsi İslam aləminin Azərbaycana hörmətinin təzahürüdür".

Bunu bu gün IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində çıxışında birinci vitse-prezident və “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva söyləyib.

M.Əliyeva deyib ki, bu günlər ərzində Azərbaycan xalqı qonaqpərvərliyini və mehribanlığını bir daha göstərdi: "Azərbaycan göstərdi ki, böyük idman dövlətidir. Azərbaycan komanda hesabında birinci yeri qazandı. Bu qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Ən böyük qələbə İslam aləminin birliyinin təntənəsidir. Gəlin bu birliyi qoruyaq, islam həmrəyliyini gücləndirək. Allah bütün müsəlmanları qorusun".

Birinci vitse-prezident bildirib ki, Azərbaycan 10 gün ərzində İslam ölkələrinin idmançılarını bir araya gətirdi: "Ümidvaram ki, Bakıdan əziz xatirələrlə ayrılacaqsınız. Paytaxtımız İslam aləmini açıq qəlblə qəbul etdi. Mən könüllülərə təşəkkür edirəm. Siz bu oyunların uğurlu olmasında böyük rol oynadınız. Atletlər bu Oyunun döyünən ürəyi idisə, siz geniş qəlbi idiniz. Mən idmançılara, təşkilatçılara və könüllülərə təşəkkürümü bildirirəm. Növbəti Oyunlar 2021-ci ildə İstanbulda keçiriləcək".

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər