veten informasiya agentliyi

“Minlərlə insanın əleyhinə qərarlar verilir, onlar da özlərini yandırırlar” - Deputatdan ittiham

Tarix:31-05-2017, 14:25
Baxış Sayı:586

“Minlərlə insanın əleyhinə qərarlar verilir, onlar da özlərini yandırırlar” - Deputatdan ittiham

















“Şübhəsiz ki, 2016-cı ilin çətin, gərgin və mürəkkəb il olduğunu hökumət də, siyasətçilərimiz də etiraf edirlər. Burada bir qəbahət yoxdur

Beynəlxalq məkanda yaşanan bir tendensiyadır.Lakin dövlət başçısı tərəfindən verilən çevik qərarlar fonunda bu prosesdə sabitləşmənin olduğunu da xaricə vurğulayırıq”.

Modern.az xəbər verir ki, bunu “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Zahid Oruc deyib.

Deputat bildirib ki, devalvasiya prosesinin başlandığı 2015-ci ildən hazırki dövrə qədər Mərkəzi Bankın valyuta ehtiyatları 71%, yəni 9,8 milyard manat həcmində azalıb.
“Bu dediklərim hesabatda qeyd edilib. Qeyd olunduğu kimi kredit Mərkəzi Bank səviyyəsində formalaşırsa, maliyyə sabitliyinin bərpa olunduğunu deyiriksə, uçot dərəcələrinə baxılmalıdır. Yəni qeyd olunan tədbirlər, az qala 10 milyard itkinin qarşısını almayıb”.

Z.Oruc qeyd edib ki, iki devalvasiya nəticəsində vətəndaşlarla banklar arasında yaranmış vəziyyəti tənzimləmək üçün Konstitusiya Məhkəməsi həmin hüquqi məsələni tənzimləyən bu prosesə baxdı və bankların xeyrinə qərar çıxardı.

“Bunun nəticəsində insan məhkəmələrə baş vurur, amma nəticə həmin qərardan kənara çıxmır. Minlərlə insanın əleyhinə qərarlar verilir. İnsanlar da məhkəmələrdə hüququnun təmin edilmədiyini gördükdə özünə əl qatır, özlərini yandırırlar. Bizim kitablarda oxuduğumuz mənzərə baş verir. Məhkəmə, bank bucağında insanlar özlərinin hüquqi müdafiəsini görmürlər. Biz parlament vasitəsilə Konstitusiya Məhkəməsinə həmin hüquqi səndələrə yenidən baxılması üçün təkliflər etməliyik”.

Baş redaktor vəzifəsindən azad EDİLDİ
Baş redaktor vəzifəsindən azad EDİLDİ
Marsda gözlənilməz KƏŞF - Qırmızı planetdə həyat izi
Marsda gözlənilməz KƏŞF - Qırmızı planetdə həyat izi
Bakıda kirayə evlər BAHALAŞIR - Qiymətlər açıqlandı
Bakıda kirayə evlər BAHALAŞIR - Qiymətlər açıqlandı
Evini formal satanların DİQQƏTİNƏ: Bu üsul sizi mülksüz qoya bilər
Evini formal satanların DİQQƏTİNƏ: Bu üsul sizi mülksüz qoya bilər
Bakı-Kürdəmir qatar biletinin qiyməti məlum OLDU
Bakı-Kürdəmir qatar biletinin qiyməti məlum OLDU
Qurban Qurbanov bu futbolçunu əsas komandadan kənarlaşdırdı
Qurban Qurbanov bu futbolçunu əsas komandadan kənarlaşdırdı
Gizli danışıqların detalları üzə çıxdı: Trampdan İranla bağlı şok qərar
Gizli danışıqların detalları üzə çıxdı: Trampdan İranla bağlı şok qərar
Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik
Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik