veten informasiya agentliyi

İqtidardan şok addım: Nazirlər Kabinetinin işçiləri necə azaldılacaq? - Detallar

Tarix:9-06-2017, 09:23
Baxış Sayı:549

İqtidardan şok addım: Nazirlər Kabinetinin işçiləri necə azaldılacaq? - Detallar

















Nazirlər Kabinetində ixtisarlar gözlənilir

Bu barədə Ulus.Az-a daxil olan məlumata görə, büdcə xərclərinin optimallaşdırılması istiqamətində işdən çıxarılan dövlət qulluqçuları olacaq.

Nazirlər Kabinetinin aparatının demək olar ki, yarıba-yarı azaldılacağı nəzərdə tutulur. Bu barədə gununsesi.info-ya verilən məlumatda da bildirilir ki, Prezident Administrasiyasından fərqli olaraq Nazirlər Kabinetində daha ciddi ixtisarların həyata keçirilməsi nəticəsində, maksimum yığcamlaşdırılması nəzərdə tutulur.

Çünki Nazirlər Kabinetində bu cür ciddi ixtisarlara getmədən ali icra strukturunda aparılan struktur islahatlarının aparılmasını əhəmiyyətsiz edir.

Ona görə də Nazirlər Kabinetində nəzərdə tutulan bir neçə variant üzrə islahatların aparılması üzərində iş gedir.

Burada baş nazir müavinləri saxlanılmaqla, onların sayının minimuma endirilməsini və yaxud köməkçi institutu da formalaşdırılacağı təqdirdə onların da sayının minimum olması nəzərdə tutulur. Bu gün baş nazirin 6 müavini var, islahatlar nəticəsində isə onların 3-ə endirilməsi gözlənilir.

Ulus.Az-a daxil olan məlumata görə, bir neçə ay əvvəldən NK-nin fəaliyyətinin məhdudlaşması planlaşdırılırdı.

Referendumdan sonra bu qurum öz əhəmiyyətini itirməkdədir. PA rəsmiləri də qeyd edirdilər ki, NK islahatların lokomotivi ola bilmədi.

Nazirlər Kabinetində bu cür ciddi ixtisar aparmadan yığcam, qənaətcil, çevik optimal idarəetmə aparatını formalaşdırmaq mümkün deyil.

Nazirlər Kabinetində həyata keçirilən islahatlarla paralel və onun ardınca digər oxşar və fəaliyyətində paralellik təşkil edən strukturların birləşdirilməsi və ixtisarı prosesi gedəcək.

Hətta bəzi nazirliklərin, dövlət komitələri, xidmətləri, agentliklərinin ləğvi, birləşməsi və bunun əsasında yeni strukturların yaradılması nəzərdə tutulur.

Konsititusiya dəyişikliyi ilə bağlı referendumdan sonra islahatların lokomotivinə çevrilə bilməyən Nazirlər Kabinetinin tam tərkibdə istefaya göndəriləcəyi gözlənilirdi.

Hesab olunurdu ki, hakimiyyət əsasən yaşlı və islahata meyilli olmayan nazirlərdən ibarət komandanı dəyişəcək.

Hökumət rəsmiləri də islahatlara gediləcəyi haqqında fikirlər səsləndirməklə bu gözləntini müəyyən qədər də olsa, gücləndirmişdi. Hətta islahat proqramının hazır olduğu vurğulanmışdı.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı