veten informasiya agentliyi

Bəzi məmurlar da var ki, onlar rayonlara gələndə guya şikayətçi qəbul edirlər - Partiya sədri

Tarix:13-06-2017, 10:54
Baxış Sayı:522

Bəzi məmurlar da var ki, onlar rayonlara gələndə guya şikayətçi qəbul edirlər - Partiya sədri

















Hal-hazırda biz Müasir Müsavat Partiyası olaraq rayonlarımıza növbəti səfər etmişik

Bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə, yerli əhali bir sıra məmurlardan və müxalifət partiyalarından şikayətçidir:

"Düzünü desəm bu il neçənci dəfədir ki, rayonlara səfər etdiyimin sayını unutmuşam. Mən demək olar ki, hər ay bölgələrimizə gedib orada olan əhalinin güzəranı ilə maraqlanıb onların problemlərini lazımlı yerlərə çatdırıram. Qışın soyuğunda da, yayın istisində də insanların problemi ilə maraqlanırıq. Çünki biz bu xalqın övladlarıyıq, insanlarımıza canımız yanır. Amma çox təəssüflər olsun ki, bizim müxalif liderlər bu gün xalqın içinə çıxa bilmirlər, çünki onlarda o üz qalmayıb artıq.

Xalq onlara inanmır. Bəzi məmurlar da var ki, onlar rayonlara gələndə guya şikayətçi qəbul edirlər. Amma bu belə deyil. Bu şəxslər rayonlara gələndə yalandan özləri ilə "dejurnı” şikayətçilər gətirirlər. Bu şəxsləri qəbul edib başqa rayona gedirlər, elə həmin rayonda da bu saxta şikayətçiləri qəbul edirlər. Bu məmurların kimliyi, onların saxta şikayətçiləri haqda bizdə dəqiq məlumatlar var. Mən Bakıya qayıdan kimi bu barədə informasiyanı lazımı yerlərə çatdıracam. Rayonlarda biz qardaşım İlham Əliyevin ölkə üçün gördüyü işləri təbliğ edirik, düzdü, biz rəqibik, amma ölkədə baş verən inkişafa göz yummuruq. Biz gördüyümüz işlərlə xalqın arasında olan narazılıqları aradan qaldırırıq. Mən başqaları kimi kabinetlərdə oturub cizgi filminə baxmıram. Bu işdə partiyamız bütün qüvvəsini səfərbər edib. Hazırda müavinlərimdən biri olan Pənah Məmmədzadə də digər rayonlarımızda səfərdədir. Biz Bakıya qayıtdıqdan sonra təzə müavin təyinatı olacaq, biz xalqı seçmişik, xarici kəşfiyata işləyənlərdən deyilik”. (Moderator.az)

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı