veten informasiya agentliyi

Ramil Usubovdan MESAJ: “Ölkədə heç bir qüvvə xaos yarada bilməz”

Tarix:1-07-2017, 10:45
Baxış Sayı:517

Ramil Usubovdan MESAJ: “Ölkədə heç bir qüvvə xaos yarada bilməz”

















“Bütün vətəndaşlarımız əmin olsun ki, Vətəninə, xalqına və dövlətinə sədaqətli olan daxili işlər orqanlarının şəxsi heyəti üzərinə düşən vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcək, asayişin, təhlükəsizliyin, əhalinin və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək”

Bunu daxili işlər naziri Ramil Usubov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Nazir vurğulayıb ki, xalqımızın təhlükəsizliyinə heç bir təhdid yaranmayacaq:

“Azərbaycan Prezidentinin siyasi iradəsindən və qətiyyətindən güc alaraq bildiririk ki, heç bir qüvvə ölkədə qarşıdurma yaratmağa, asayişi pozmağa, respublikamızı 1990-cı illərin əvvəllərindəki xaos və anarxiya mərhələsinə qaytarmağa qadir deyil. Buna cəhd edənlər həmişə olduğu kimi, qarşılarında yenə də Azərbaycan xalqını, onun ayrılmaz hissəsi olan Azərbaycan polisini görəcəklər.

Bütün vətəndaşlarımız əmin olsun ki, vətəninə, xalqına və dövlətinə sədaqətli olan daxili işlər orqanlarının şəxsi heyəti üzərinə düşən vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcək, asayişin, təhlükəsizliyin, əhalinin və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək.

Bütün şəxsi heyətimiz öz xalqına, vətəninə, ümummilli lider Heydər Əliyevin müqəddəs ideallarına, Prezident İlham Əliyevin göstəriş və əmrlərinə, mövcud qanunlarımıza yüksək sədaqət nümunəsi göstərir və bunu fəaliyyətinin əsas prioriteti sayır” - nazir vurğulayıb. (Modern.az)

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı