veten informasiya agentliyi

Generaldan müharibədə iştirak etməməsiylə bağlı fikirlərə - Reaksiya

Tarix:13-07-2017, 12:30
Baxış Sayı:688

Generaldan müharibədə iştirak etməməsiylə bağlı fikirlərə - Reaksiya

















Ötən gün Prezidentin sərəncamı ilə vəzifədən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini, general-mayor Novruzəli Orucov Qarabağ döyüşlərində fərarilik etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

N.Orucov "Ölkə.Az”a açıqlamasında sözügedən ittihamların cəfəngiyyat olduğunu söyləyib. O, Qarabağ döyüşlərində yaxından iştirak etdiyini deyib:

"Mən fərari deyiləm. İndi də təzə söhbət çıxarıblar ki, guya mən fərari generalam və sairə. Bütün bunlar yalandır. Əgər mən fərarilik etsəydim, mənə nə üçün general rütbəsi verilirdi? Birinci Qarabağ döyüşlər tabor komandiri olmuşam. Ağdamda, Qazaxda gedən döyüşlərdə iştirak etmişəm. Adam bu qədər Allahsız olmaz da! Axı mən ermənilərə qarşı döyüşlərdə iştirak etmişəm. Mənə necə deyirlər ki, fərariyəm və sairə? Görünür, mənə qarşı kampaniya başlayıb".

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla general-mayor Novruzəli Orucovu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilib. Novruzəli Orucovun vəzifədən çıxarılmasına səbəb oğlu Rüstəm Orucovun 85 saylı marşrut avtobusunun sürücüsü, 1981-ci il təvəllüdlü Sənan Səmədovu döyməsi olub.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı