veten informasiya agentliyi

Zakir Həsənov ermənilərlə ən böyük toqquşmadan danışdı

Tarix:14-07-2017, 10:54
Baxış Sayı:671

Zakir Həsənov ermənilərlə ən böyük toqquşmadan danışdı

















Ermənistan silahlı qüvvələri ilə ən böyük toqquşma 2016-cı ilin aprel ayında baş verdi. Buna səbəb Azərbaycan mülki vətəndaşlarının atəşə tutulması idi. Həmin vaxt, aprelin 1-də, erməni qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtər rayonunda avtomobildə bir ailənin bütün üzvləri həlak olmuşdu.

Aztb.info oxu.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti”yə müsahibəsində Azərbaycan müdafiə naziri Zakir Həsənov deyib.

“Əlbəttə ki, bu barədə mənə məruzə etdilər. Saat təxminən 10-11 arası idi. Ermənilərin atəş nöqtələri yüksəkliklərdə yerləşdiyi üçün onlar bütün kəndi və ətraf ərazini görürdülər. Mən düşmənin uzaqlaşdırılaraq geri atılması üçün tədbir görülməsinə göstəriş verdim. Biz irimiqyaslı müharibəyə başlamaq niyyətində deyildik.

Azərbaycan ordusunun təxminən 15-20 faizi əməliyyatlara cəlb olunmuşdu. Mən hətta ehtiyat və artilleriya qüvvələrini cəbhə xəttinə çəkmədim. Ordu qarşıya qoyulan tapşırığı yerinə yetirdi. Ermənistan buna elə reaksiya verdi ki, sanki müharibə başlayıb. Onlar silahlarını ataraq qaçdılar. Yerevandan əlavə qüvvələr cəlb olundu. Üç gün onlar bizim mövqeyimizi atəşə tutdular. Baxmayaraq ki, artıq ikinci gündən özləri Rusiyanın müvafiq strukturlarına vasitəçiliklə bağlı müraciət etmişdilər.

Misal üçün, mənə Rusiya müdafiə naziri Sergey Şoyqu zəng vurmuşdu. O, “bu işi dayandırmaq lazımdır ” demişdi. Həmçinin Rusiya Baş Qərargahının rəisi Valeri Qerasimov da mənimlə əlaqə saxlamışdı.

Sonradan məlum oldu ki, erməni tərəfi vaxt udaraq bizə zərbə endirmək istəyir. Lakin bu da onlarda alınmadı. Biz qarşıya qoyulan hədəfə çatdıq - iki strateji yüksəkliyi azad etdik. Onların bizim üçün mühüm əhəmiyyəti var. Bu Lələtəpə və Talış yüksəklikləridir.

Qeyd edim ki, son vaxtlar təmas xəttində gərginlik yenidən artıb. Bunun bir səbəbi var - Azərbaycan torpaqlarını işğalı. Digər səbəblər - bunun nəticəsidir.

Əlbəttə ki, iki ordu üzbəüz dayananda toqquşmalar baş verir. Bu normal haldır. Lakin mülki vətəndaşların məqsədyönlü şəkildə atəşə tutulması - cinayətdir”, - nazir deyib.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı